Icma.az
close
up
RU
İşsiz vətəndaşlara BƏD XƏBƏR: Bu xidmətdən yararlana bilməyəcəklər

İşsiz vətəndaşlara BƏD XƏBƏR: Bu xidmətdən yararlana bilməyəcəklər

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin büdcəsində nəzərdə tutulan ayırmalardan 480 milyon manat azdır. Cari dövrdə Fonda büdcədən 1,38 milyard manat vəsait ayrılacaq.  Gələn ildən  qeyd edilən xərclərdə 35 faizə qədər azalma baş verəcək. Eyni zamanda, gələn ildən etibarən əmək və ya mülki müqavilə əsasında işləməyən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən yalnız ödənişli əsaslarla istifadə edə biləcəklər.

Sözügedən qərar səhiyyə sektorunda və sosial təminat sistemində hansı iqtisadi riskləri yarada bilər?

Moderator.az-a danışan iqtisadçı ekspert Rauf Qarayev deyib ki,  beynəlxalq praktikada işləməyən əhalinin tibbi sığorta xidmətlərindən yararlanması üçün xüsusi dövlət proqramları mövcuddur:

“Beynəlxalq təcrübəyə baxsaq, məsələn, ABŞ-da işləməyən əhali dövlət proqramları vasitəsilə tibbi sığortadan faydalanır. Almaniyada ailənin gəlirləri və ehtiyac meyarı nəzərə alınır. Əgər ailədə yalnız bir nəfər işləyirsə və ailənin gəliri müəyyən edilmiş ehtiyac meyarından aşağıdırsa, həmin ailənin digər üzvləri dövlət proqramı çərçivəsində pulsuz tibbi sığorta ilə təmin olunur. Amma bu imtiyazın da müəyyən limitləri var və həmin limit aşmamalıdır.

Rusiyada da oxşar mexanizm tətbiq olunur. Hər regionda sosial müdafiə orqanları və regional büdcələr hesabına işləməyən vətəndaşlara pulsuz tibbi sığorta xidməti təqdim edilir. Yeni layihələr çərçivəsində həmin şəxslər sığortadan yararlanırlar.

Ölkəmizdə isə əsas məsələ ondan ibarətdir ki, vəsait azaldılacağı halda, işləməyən əhali üçün minimal tələblər və təminat meyarları necə müəyyən ediləcək? Dövlət işləyən və ödəniş edən əhali hesabına fond formalaşdırırsa, bu sistemdə aztəminatlı vətəndaşların hüquqları da ayrıca nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, dövlət işləyən əhalidən toplanan vəsait hesabına tibbi sığorta fondunu formalaşdırır, lakin bu sistemdə işləməyən vətəndaşların tamamilə kənarda qalması real görünmür.

“Çünki bu, ciddi narazılıqlara səbəb ola bilər. Məsələn, pensiya sistemində də əmək stajı olmayan, heç yerdə rəsmi işləməyən şəxslərə müəyyən sosial ödənişlər edilir. Eyni yanaşma tibbi sığorta sistemində də tətbiq oluna bilər.

Düzdür, ayrılan vəsaitin azalması bəzi sahələrə, xüsusilə də bahalı əməliyyatların maliyyələşdirilməsinə təsir göstərə bilər. Bu əməliyyatların sayı azaldıla bilər. Amma ümumilikdə işləməyən əhalinin tibbi xidmətlərdən tamamilə məhrum edilməsi böyük ictimai narazılıq doğurar.

Digər tərəfdən, işləməyən əhali qrupuna yalnız işsizlər deyil, həm də uşaqlar, pensiyaçılar, iş axtaranlar və analıq məzuniyyətində olan qadınlar daxildir. Bu kateqoriyaların hər biri ayrıca müəyyənləşdirilməlidir.

Büdcəsi haqqında qanun layihəsində İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait birdən-birə azaldılarsa, bu, təkcə səhiyyə sisteminə deyil, sosial sabitliyə də təsir edə bilər. Odur ki, beynəlxalq təcrübəyə əsaslanaraq, bu məsələdə daha çevik və sosial ədalətli mexanizmlər müəyyənləşdirilməlidir”- deyə iqtisadçı qeyd edib.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri