Parisdə alim və ekoloqlar birlikdə petisidlərin istifadəsinə etiraz nümayişi keçirib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Parisdə mindən çox alim, ekoloq və pestisid qurbanı pestisidlərə qarşı böyük yürüş ediblər. Bu nümayiş Milli Assambleyanın mayın sonunda neonikotinoidlər ailəsindən olan insektisid olan asetamipridi yenidən istifadə üçün təsdiqləməyi nəzərdə tutan qanuna baxdığı vaxt keçirilir.
AZƏRTAC xəbər verir ki, "Pestisidlər öldürür", "Daha tarlalarda mahnı oxumaq olmaz", "Pestisidlər, vəbadır" şüarlarını səsləndirən elmi və ekoloji qrupların başçılıq etdiyi mindən çox etirazçı Fransa paytaxtında bu kimyəvi maddələrin kütləvi şəkildə kənd təsərrüfatında istifadəsinin xəstəliklərə və ölümə səbəb olduğunu pisləyiblər.
"Səs-küylü Bahar" adlı nümayiş bu kimyəvi məhsulların biomüxtəlifliyə və insanlara zərərli təsirlərini göstərmək üçün Milli Təbiət Tarixi Muzeyindən Səhiyyə Nazirliyinə doğru irəliləyiblər. Nümayişçilər yeni pestisitdən istifadəyə etirazlarını bildiriblər. Avropada ildə 20 milyon quşun məhvi məhz bu kimyəvi maddələrlə bağlı olduğu vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















