Icma.az
close
up
RU
Kreml Azərbaycanla gərginliyi artırır

Kreml Azərbaycanla gərginliyi artırır

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərbaycan-Rusiya münasibətləri hazırda çox gərgindir. Bu gərginlik Azərbaycandan qaynaqlanmır. Gərginliyin səbəbi Rusiyanın imperiya ambisiyalarıdır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyi şərh edərkən deyib.
O. Qasımov bildirib ki, Rusiya faktiki olaraq, keçmiş sovet respublikalarının müxtəlif coğrafiyaları ilə bərabər Güney Qafqazı da özünün arxa bağçası, təsir zonası hesab edir: “Rusiya müstəqillik əldə edən ölkələrin suverenliyini qəbul etmir, bu ölkələrə hələ də özünün müstəmləkəsi kimi baxır. Odur ki, Rusiyanın Güney Qafqaza marağı qalır və bu maraqlarını təmin etmək məqsədilə region ölkələrinə təzyiqlər göstərir”.
Siyasi şərhçinin fikrincə, Rusiya Ukrayna cəbhəsində mövqeyini gücləndirsə, onun ilk hədəfi Azərbaycan ola bilər: “Bunun da səbəbləri aydındır: Azərbaycanın bölgədə yaratdığı yeni mənzərə, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, regionun aparıcı dövlətinə çevrilməsi, müstəqil siyasət yeritməsi, özünün müdafiə və təhlükəsizlik sistemini keçmiş sovet rus sistemi üzərindən deyil, müasir Qərb standartlarına uyğun inşa etməsi Rusiyanı qıcıqlandırır. Odur ki, Azərbaycan hədəf seçilməli idi və proqnozumuz təəssüflər olsun ki, doğru çıxdı”.
O. Qasımov əlavə edib ki, təzyiqlərə başlamaq üçün Rusiyaya müəyyən bəhanələr lazım gəlirdi: “Bunlardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Məsələn, hələ bir il əvvəl Rusiya arzu edirdi ki, Azərbaycan dəhlizin açılmasını güc yolu ilə həll etsin və 10 noyabr razılaşmasının bəndinə əsasən, dəhlizə nəzarəti Rusiyanın həyata keçirməsini təmin etsin. Qənaətimcə, Azərbaycan bunu etmədi və dəhliz mövzusu sülh sazişinə dair müzakirələrdən kənara qoyuldu, ayrıca məsələ kimi müzakirə olunmasına qərar verildi. Bundan əlavə, Rusiya digər ölkələrlə yanaşı Azərbaycandan da tələb edirdi ki, Ukraynada işğal etdiyi əraziləri Rusiyanın tərkib hissəsi kimi tanısın. Azərbaycan bunu etmədiyindən Rusiya qəzəbli idi. Bu qəzəbini də Azərbaycanın sərnişin təyyarəsini vurmaqla göstərdi. Üstəlik, təyyarəyə görə Azərbaycan dövlətinin tələblərinə əməl edilmədi. Konkret olaraq rəsmi şəkildə üzürxahlıq etmədilər, cinayətkarlar cəzalandırılmadı, kompensasiya verilmədi. Bunun ardınca Rusiyada yeni bir anti-Azərbaycan isteriyasının başladığını müşahidə edirik. Bu gərginliyin yaxın vaxtlarda səngiyəcəyini gözləmirəm. Çünki hazırda Rusiyada neoimperalist ab-hava hökm sürür, rus şovinizmi meydan sulayır və Rusiyada islamafobiya, anti-türkçülük geniş vüsət alıb. Baxmayaraq ki, bu ölkə əhalisinin 20 faizi müsəlman türklərdən ibarətdir. Odur ki, Rusiyanın münasibəti dəyişməyəcəksə, keçmiş sovet ölkələrinə, o cümlədən Azərbaycana bərabər tərəfdaş kimi münasibət sərgiləməyəcəksə, gərginlik davam edəcək”.
O. Qasımov sonda qeyd edib ki, gərginliyin daha çox ziyanı Rusiyaya dəyəcək: “Çünki Rusiyanın bu cür siyasəti Güney Qafqaz regionunda anti-Rusiya əhvalının güclənməsinə səbəb olacaq. Artıq bu proses başlayıb. Bu da regionda Rusiyanın nüfuzdan düşməsinə səbəb olacaq. Əgər Rusiyanın mövqeyində dəyişiklik olmayacaqsa, gərginlik davam edəcək. Çünki Azərbaycan da israrla haqqını tələb edir və ədalətli tərəfdir”.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri