Icma.az
close
up
RU
Parisdə də onunla uzaqdan salamlaşdıq MÜSAHİBƏ

Parisdə də onunla uzaqdan salamlaşdıq MÜSAHİBƏ

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin sərbəst güləşçisi Turan Bayramovun (74 kq) İdman.biz-ə müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

- Paris-2024 Yay Olimpiya Oyunlarından sonra sol çiynindən əməliyyat keçirdin. Hazırda vəziyyətin necədir?
- Bundan 3 ay keçib. Hazırda vəziyyətim qənaətbəxşdir. Amma tam hazır olmağım üçün hələ vaxt lazımdır.

- Xalçaya nə vaxt qayıtmağı planlaşdırırsan?
- Dekabrın ortalarında məşqlərə başlamağı planlaşdırıram. Gələn il yanvar ayının sonu, fevralın əvvəlindən isə yarışlara qatıla bilərəm. İlk yarışımın hansı olacağına isə məşqçilər qərar verəcək.

- Artıq bu il güləş yarışları yekunlaşıb. Tarixin yaddaşına köçəcək ili sənin üçün uğurlu adlandırmaq olar?
- Fikrimcə, qənaətbəxş saymaq olar. Amma bir tərəfdən də uzun müddət hazırlaşdığım Paris-2024 Yay Olimpiya Oyunlarında medalsız qaldım. 1/8 finalda sona 4 saniyə qalmış xal verdim və uduzdum. Bu çox üzücü idi. Stressi ağır gəlirdi. Buna baxmayaraq, mənim üçün yaxşı il olduğunu deyə bilərəm.

- Ötən ilin ən sənlə bağlı yadda qalan hadisəsi italiyalı güləşçi Frank Çamizonu Bakıda Avropa Olimpiya Təsnifat Turnirində məğlub etdikdən sonra yaşanan qalmaqal oldu. İtaliyalı güləşçi ilə sonradan bununla bağlı söhbət etdiz?
- Artıq o söhbətin üstündən otlar bitib. Qalmaqal bitdi. O da Paris-2024-də güləşdi və məğlub oldu. Səs-küy salan, qalmaqal yaradan insanlar onun Olimpiadaya yollanmasını istəyirdilər. Şərait yaradıldı və istəyinə çatdı. Bu söhbət açılmamaq şərti ilə bağlandı. Hadisə baş verəndə Bakıda görüşdən sonra onun yanına getdim. Onunla görüşdüm, idmanda hər şeyin ola biləcəyini dedim. Frank da çox gözəl qarşıladı və əlimi sıxdı, sağollaşdıq. Çamizoyla heç bir problemim yoxdur. Parisdə də onunla uzaqdan salamlaşdıq.

- Bəs yeni ildə əsas hədəflərin nə olacaq?
- Əsas hədəfim Avropa və dünya çempionu olub, İslam Oyunlarında qalib gəlməkdir. Ürəkdən istəyirəm ki, bunları edim və kolleksiyama yeni medallar əlavə edim.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri