Icma.az
close
up
RU
Parisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Parisdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurucusu olduğunu deyib. Bildirib ki, Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən xarici və daxili siyasəti dayanır.Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub və möhkəmlənib. Ulu Öndər milli-mənəvi dəyərlərimizin yaşadılmasında, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında və nüfuzunun artmasında böyük rol oynayıb.Səfir vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın qabaqcıl dövlətləri sırasına çıxarıb. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır.Tədbirdə Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan-Fransa münasibətlərinin tarixi, Ümummilli Liderin Fransaya ilk səfəri, ozamankı Prezident Fransua Mitteranla görüşündən söz açıb. “Mitteran Azərbaycanın bölgədəki yerini və rolunu, iqtisadi potensialını, ən əsası isə Heydər Əliyevin beynəlxalq aləmdəki nüfuzunu yüksək dəyərləndirirdi. Çünki Mitteranın SSRİ ilə əlaqələri vardı və Heydər Əliyev Moskvada çalışdığı vaxtlardan onu tanıyırdı”, - deyə Həsən Həsənov qeyd edib. O vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı olduğu kimi dünyaya göstərmək, problemlərini, ölkəmizə qarşı təcavüzü beynəlxalq aləmə çatdırmaq istəyirdi. Bu kimi səfərlərin əsas məramı Azərbaycanın real vəziyyətini beynəlxalq aləmə çatdırmaq idi. Ölkəmizin buna böyük ehtiyacı var idi. Heydər Əliyev də bunu hamıdan yaxşı və çox inandırıcı şəkildə edə bilirdi.Anım tədbirində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri