Icma.az
close
up
RU
“Park Yasamal”da yeni mənzillərin satışı davam edir “Kristal”

“Park Yasamal”da yeni mənzillərin satışı davam edir “Kristal”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakıda mənzil bazarında alıcıların gözləntiləri ildən-ilə dəyişir. Bu gün mənzil seçərkən qiymət və yerləşmə ilə yanaşı, yaşayış mühiti, təhlükəsizlik, yaşıllıq sahələri, nəqliyyat əlçatanlığı və kompleksdaxili infrastruktur da əsas seçim meyarları sırasında yer alır.

Bu baxımdan “Park Yasamal” yaşayış kompleksi alıcıların maraq göstərdiyi layihələrdən biri olaraq qalır. Bir neçə mərhələdən ibarət layihə çərçivəsində həm təhvil verilmiş binalarda, hazır mənzillər, həm də tikintisi davam edən binalarda müxtəlif planlaşdırmaya malik mənzillər satışdadır.

Sezar pizza

Yasamal rayonunda yerləşən kompleks şəhərin əsas nəqliyyat istiqamətlərinə rahat çıxışı və əlverişli yerləşməsi ilə seçilir. Müasir yaşayış tələbləri nəzərə alınaraq layihələndirilən kompleksdə bütün sahələr üzrə mənzil seçimləri təqdim olunur.

Layihə çərçivəsində hazır 82,39 kv.m-dən 95,97 kv.m-dək 3 otaqlı, 103,32 kv.m-dən 120,47 kv.m-dək 4 otaqlı, eləcə də studiya tipli mənzillər alıcıların ixtiyarına verilir.

Mənzillərin layihələndirilməsi zamanı funksionallıq və komfort əsas prioritet kimi götürülüb. Səmərəli planlaşdırma sayəsində hər kvadratmetrdən maksimum istifadə imkanı yaradılıb, bu isə həm rahat yaşayışı, həm də məkanın daha effektiv təşkilini təmin edir.

Layihə çərçivəsində mənzil almaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim olunur. Alıcılar mənzilləri 20% ilkin ödənişlə 20 ilədək ipoteka krediti, 36 ayadək daxili kredit və ya “Evini hissə-hissə al” modeli vasitəsilə əldə edə bilərlər. Əməkhaqqı göstəricilərindən asılı olaraq 15% ilkin ödənişlə ipoteka imkanından istifadə etmək də mümkündür.

Mənzillərin təmiri zamanı istifadə olunan materiallar da layihənin yüksək keyfiyyətini aydın şəkildə göstərir: Almaniyanın "HARO” parketləri, İtaliyanın "GEWISS”elektrik açarları, yanmayan "Prysmian” kabelləri, divarlarda "Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında "GROHE”, ümumi və sanitar sahələrdə isə "Infinity” keramoqranitləri istifadə olunur.

Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir. Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə komfort yaradır.

“Park Yasamal”ın üstünlüklərindən biri də kompleksdaxili infrastrukturudur.  Ərazidə geniş yaşıllıq sahələri, park və istirahət zonaları, uşaq oyun meydançaları, idman meydançaları, avtomobilsiz həyət konsepsiyası, 24/7 təhlükəsizlik sistemi və geniş avtodayanacaq sakinlərin istifadəsinə verilib.

Kompleksin yaxınlığında məktəb, uşaq bağçası, marketlər, ictimai iaşə obyektləri və digər sosial xidmət müəssisələrinin yerləşməsi gündəlik həyatı daha rahat təşkil etməyə imkan yaradır.

Layihə barədə ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.

Ətraflı məlumat: *1544

Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi

kristal.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri