Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu[ /b] VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Yalova şəhərində kafenin qarşısında park yeri üstündə sürücü ilə obyekt əməkdaşı arasında mübahisə yaranıb.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Adnan Menderes məhəlləsinin Ufuk küçəsində baş verib. İddiaya əsasən, qadın sürücü avtomobilini yol kənarındakı boş park yerinə saxlamaq istəyib. Lakin kafenin qadın əməkdaşı stulda əyləşərək həmin yeri tutub və avtomobilin park etməsinə mane olub.
Bir müddət gözləyən sürücü ilə əməkdaş arasında mübahisə yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobil park yerinə yaxınlaşsa da, qadın əməkdaşın stulla park yerini tutmağa davam etdiyi əks olunub.
Bildirilib ki, sözügedən park yerinin kafenin yerləşdiyi binaya məxsus xüsusi istifadə sahəsi olduğu iddia edilir. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 Avqust 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















