Parlament diplomatiyası son illərdə mühüm və çevik bir alətə çevrilib
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Respublikasının xarici siyasət strategiyasında parlament diplomatiyası son illərdə mühüm və çevik bir alətə çevrilib. İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Tehranda keçirilən vida mərasimində ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil etməsi bu xəttin bariz nümunəsidir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, dövlətin ali səviyyəli təmsilçiliyinin qanunverici orqanın rəhbəri vasitəsilə həyata keçirilməsi ölkəmizdə parlamentarizm institutuna və onun beynəlxalq nüfuzuna verilən yüksək qiyməti nümayiş etdirir:
"Səfər çərçivəsində spiker Sahibə Qafarovanın İran Prezidenti Məsud Pezeşkian və Məclis sədri Məhəmməd Baqer Qalibaf ilə görüşərək Prezident İlham Əliyevin və Azərbaycan xalqının başsağlığını çatdırması dövlətlərarası münasibətlərə verilən xüsusi önəmin göstəricisi kimi iki ölkə arasındakı tarixi və diplomatik bağların qorunmasına xidmət edir. Belə regional əhəmiyyətli məqamlarda parlament rəhbərinə xüsusi etimad klassik xarici siyasət mexanizmlərini uğurla tamamlayan parlament diplomatiyasının qonşu dövlətlərlə qarşılıqlı etimadın güclənməsində həlledici bir körpü rolunu oynadığını göstərməklə ölkəmizin həm ikitərəfli əlaqələrdə, həm də regional təhlükəsizlik arxitekturasında parlament gücündən nə dərəcədə effektiv istifadə etdiyini təsdiqləyir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu gün parlament diplomatiyası ən mühüm əlaqə vasitələrindən birinə çevrilib Sahibə Qafarova
29 Oktyabr 2025 10:42
Azərbaycanın fəal parlament diplomatiyası...
31 İyul 2026 11:38
Türk dövlətlərinin parlament diplomatiyası
22 Avqust 2026 11:14
Bakcell son illərdə innovasiya liderinə çevrilib
16 Yanvar 2026 12:13
Nobel mükafatı siyasi alətə çevrilib Zaxarova
15 Oktyabr 2025 10:57
Baxış sayı:105
Bu xəbər 05 İyul 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















