Icma.az
close
up
RU
Parlament diplomatiyası sülhün sütunu olur Politoloq

Parlament diplomatiyası sülhün sütunu olur Politoloq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Tural İsmayılov: "Deputatların görüşləri sülh sənədinə gedən yolu möhkəmləndirir"

 Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan və Ermənistan parlamentariləri arasında geniştərkibli görüşün keçirilə biləcəyini istisna etmir.

O, bu məsələni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə müzakirə edəcəyini deyib. “Həmişə təmaslar üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırıq, azərbaycanlı həmkarım da bu təmasların məntiqi ilə bağlı müsbət fikirdədir. Hələlik heç bir söhbət olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın iclası çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri (Sahibə Qafarova) arasında görüşün olacağını güman edirəm. Artıq beynəlxalq kontekstdə olan istənilən formatda əlaqələrimizi genişləndirəcəyik”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, mütəmadi olaraq iki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri görüşüb, müxtəlif mövzuları müzakirə edirlərsə, parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir. Çünki sülh və ya çərçivə sazişi imzalanacaqsa, həmin sənəd parlamentlərdə müzakirə olunub ratifikasiya ediləcək:

“Parlament nümayəndələrinin görüşməsi siyasi prosesin sosial-baza mərhələsini gücləndirir, çünki burada hədəf hər hansı razılaşmanı elan etmək yox, qarşılıqlı etimadı bərpa edə bilən kommunikasiya platforması yaratmaqdır. Ancaq yaxın perspektivdə kəskin dönüş və dərhal nəticə gözləmək real deyil, bu formatın funksiyası daha çox siyasi mühiti yumşaltmaq və tərəflərin bir-biri ilə danışıq ritmini sabit saxlamaqdır. Parlament diplomatiyası xüsusilə postmünaqişə dövrlərində əhəmiyyət qazanır, çünki cəmiyyətlərarası təmasın institusional davamlılığını məhz bu səviyyə təmin edir. Bu görüş həm də göstərir ki, dialoq artıq epizodik deyil, daha planlı və sistemli fazaya keçir. Siyasi prosesin psixoloji fonu yüngülləşdikcə həm sərhəd təhlükəsizliyi, həm humanitar məsələlər, həm də regional iqtisadi koordinasiya sahəsində yumşalma imkanları genişlənir”.

T.İsmayılov qeyd edib ki, beynəlxalq təşkilatlar üçün də bu, regionun dialoq potensialının hələ də mövcud olduğunu təsdiqləyən siqnaldır:

“Əsas təsir isə budur: bu cür görüşlər tərəflərin bir-birini təhlükə kimi yox, danışıqlar masasında davranış qaydaları aydın olan iki subyekt kimi qəbul etməsinə şərait yaradır. Məhz belə fon olmadan hər hansı sülh sənədi nə texniki, nə siyasi olaraq davamlı ola bilməz. Ona görə də bu formatın dəyəri konkret nəticədən yox, nəticəni mümkün edən mühitdən ölçülür. Qısası, bu görüşlər sülh prosesinin hərəkətverici mexanizmi deyil, onun möhkəmləndirici sütunlarından biridir və bu sütunlar olmadan real siyasi irəliləyiş əldə etmək çətindir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri