Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlığın qorunması müzakirə edilib Yeni Gündəm
Icma.az bildirir, Yenigundem portalına istinadən.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlığın qorunması müzakirə edilib.
“Yeni Gundem” xəbər verir ki, bu sessiyada parlamentlərin sağlamlıq və iqlim problemlərinin həllinə hərtərəfli yanaşma tətbiq edə bilməsi yolları araşdırılıb.
Milli Məclisin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişikliyi üzrə beynəxlalq ekspertlər qrupunun rəyinə görə, temperaturun artması insanların həyatına ciddi təsir göstərə bilər.
“Qlobal təhlükələr var hansılar ki, sərhəd tanımır. Kibertəhlükəsizlik, ekoloji, iqlim pandemiya riskləri,epidemiyaların çoxalmasında sərhəd yoxdu. Bunlar bizim sağlamlığımıza təsir göstərir.Qızmar dalğaların nəticəsində, yeni potegenlər yaranır. Ağcaqanad, “Malyariya”, “Zika” virusu kimi bir çox öldürücü təhlükəli xəstəliklər artır”.
Pərvanə Vəliyeva vurğulayıb ki, aparılan maliyyə yardımlarından başqa,səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















