Icma.az
close
up
RU
Parlament komissiyası hibrid hücumlar barədə hesabat YAYDI

Parlament komissiyası hibrid hücumlar barədə hesabat YAYDI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası COP29-la bağlı hesabat yayıb.

Modern.az-ın məlumatına görə, hesabatda deyilir:

“2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı.

Kampaniyanın getdikcə əlaqələndirilmiş formada aparılaraq kütləviləşməsi səbəbindən Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın tapşırığı ilə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırmalara başladı.

Araşdırmaların nəticəsi olaraq, oktyabrın 21-də “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda Milli Məclisin deputatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, beyin mərkəzləri təmsilçilərinin, hibrid təhdidlər və kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirildi və məsələ ətrafında geniş fikir mübadiləsi aparıldı.

Qısa müddət sonra isə həmin müzakirənin yekunları və açıq mənbələrdən əldə edilən məlumatların təhlili əsasında 2024-cü ilin noyabrında Azərbaycan və ingilis dillərində “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat hazırlandı.

Burada Azərbaycana qarşı istifadə olunan hibrid təhdidlərin dezinformasiya, habelə hüquq və müharibə terminlərinin kombinasiyasından yaranmış “Lawfare” növləri barədə söz açılır, onların haradan və kimlər vasitəsilə təşkil olunduğu sübuta yetirilir. Həmçinin bəzi ölkələrin bu hibrid hücumları təşkil edərkən beynəlxalq hüququn norma və prinsiplərindən yayınmaq məqsədilə istifadə etdikləri mexanizmlər göstərilir.

Hesabatda hibrid hücum alətləri kimi istifadə olunan parlamentlər və müəyyən dövlətlərin maliyyə və siyasi dəstəyi əsasında konkret sifarişlər yerinə yetirən bir sıra beynəlxalq insan hüquqları təşkilatları barədə də söz açılır.

Eyni zamanda, onların maliyyələşmə mexanizmləri və idarəçiliyindəki şəxslərin tərəfsiz olmadıqları, müəyyən qrupları, habelə Ermənistanın və dünya erməniliyinin maraqlarını təmsil etdikləri müəyyən edilir. Bununla yanaşı, bir sıra parlamentarilərin, iri media qurumlarının qeyd edilən “insan hüquqları” təşkilatları və erməni lobbisi ilə koordinasiya edilmiş fəaliyyətinə nəzər salınır, kampaniyaların aparılma forması ilə bağlı nümunələr göstərilir.

Hesabatda ölkəmizə qarşı ənənəvi düşmənçilik edən və anti-COP29 kampaniyasında fəal iştirak edən erməni lobbi təşkilatlarının, zəngin diaspor ermənilərinin və Ermənistan Respublikası rəsmilərinin fəaliyyətlərinə də geniş yer ayrılır.

Yekunda son aylarda COP29-a qarşı istifadə olunan sosial media kampaniyaları, həştəqlər təhlil edilir və ümumilikdə dünya mediasının tədbirə marağı ilə bağlı statistik rəqəmlər təqdim olunur.

Beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından, qeyd olunan xüsusi hesabatın dost və tərəfdaş ölkələrin parlamentlərinə göndərilməsi də nəzərdə tutulur”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri