Icma.az
close
up
RU
Sülh üçün birgə parlament komissiyası yaradılsın! Komitə sədri

Sülh üçün birgə parlament komissiyası yaradılsın! Komitə sədri

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın əldə etdiyi Qələbə olmasaydı, 8 avqust Vaşinqton Zirvəsi də reallaşmazdı.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən xüsusi iclası zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

"Müharibələrin tarixi göstərir ki, əgər sən düşməni məğlub edib nəticələri sənədləşdirməmisənsə, ordunun qazandığını qələm davasında itirmisən, demək. Ali Baş Komandansa sübut etdi ki, O, silahlı savaşdan sonra sülh müharibəsini də udmağı bacardı. 90-cı illərdə biz ən geri düşən ölkə olduq, indi isə Azərbaycan 21-ci əsrdə tək qalib dövlətdir. İki ay öncə başlayan 12 günlük İsrail-İran müharibəsi, 4 ildir davam edən Rusiya-Ukrayna və nəhayət, Fələstin dəhşətinin fonunda dövlətimizin uğurları daha parlaq görünür", - Komitə sədri bildirib.

Onun sözlərinə görə, 8 noyabr Zəfəri diplomatiyada yeni mərhələyə yol açıb və bu prosesin davamı məhz Vaşinqtonda əldə edilən razılaşmalardır.

Deputat çıxışında xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin sülh diplomatiyası nəticəsində Ermənistanla düşmənçilik səhifəsi bağlanıb və indi qarşıda xalqlar arasında barış mühitinin yaradılması dayanır.

Bu istiqamətdə ən mühüm təşəbbüslərdən biri yaxın gələcəkdə birgə parlament komissiyasının yaradılması olacaq.

“Etimad mühitini möhkəmləndirmək, xalqları barışa hazırlamaq və sülh müqaviləsinin uzunmüddətli nəticələrini təmin etmək üçün parlamentlər səviyyəsində əməkdaşlıq yeni mərhələ açacaq. Birgə komissiyanın yaradılması isə dövlətlərarası münasibətlərin davamlılığını təmin edəcək”, - deyə Zahid Oruc qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri