Icma.az
close
up
RU
Parlamentari: Sülhün olması üçün hüquqi siyasi və hərbi siyasi zəmin yaradılıb

Parlamentari: Sülhün olması üçün hüquqi siyasi və hərbi siyasi zəmin yaradılıb

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar fonunda paraflanmış sülh layihəsinin dayanıqlılığı üçün ictimai dəstək vacibdir. Bu dəstəyin formalaşmasının əsas yollarından biri isə vətəndaş diplomatiyasının gücləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsidir. Noyabrın 21-22-də Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti nümayəndəsi Samvel Meliksetyan qeyd edib ki, “qan tökülməsinin qarşısını almaq üçün qarşılıqlı səfərlər davam etməlidir”. Onun sözlərinə görə, bu təşəbbüsləri “xəyanət” kimi təqdim etmək yanlışdır, çünki məqsəd məhz yeni münaqişələrin qarşısını almaqdır. Erməni ekspert həmçinin Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlı məsələyə toxunaraq qeyd edib ki, “Bakıdakı təmaslar zamanı anladıq ki, orada vaxtilə Ermənistanda (Qərbi Azərbaycan) yaşamış və indi bura üçün həsrət çəkən çoxlu insanlar var”. 

Bununla yanaşı, sülhə gedən yolda tarixi yaddaşın qorunması da mühüm əhəmiyyət kəsb edir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında hazırki mərhələdə Ermənistan və Azərbaycan arasında paraflanmış sülh layihəsinə uyğun olaraq ictimai rəyin bu layihədə bəyan edilən müddəaları dəstəkləməsinə ehtiyac olduğunu söyləyib: 

"Bu siyasi diplomatiyanı ictimai platformaya transfer etməkdən keçir. Ona görə də əvvəlcə azərbaycanlı ekspertlərin İrəvana, sonra isə erməni ekspertlərin Bakıya səfərləri baş tutdu. Bu gün Azərbaycan Ermənistana öz şərtlərini qəbul etdirməyi bacarıb. Sülhün olması üçün hüquqi-siyasi və hərbi-siyasi zəmin yaradılıb. Belə olan halda əlbəttə ki, hüquqi-siyasi aktları dəstəkləyən ictimai rəydən dəstək alınmasına ehtiyac var. İctimai rəy isə məhz vətəndaş diplomatiyası vasitəsilə formalaşır. Ona görə də bu cür addımların atılması hazırki mərhələdə həm aktualdır, həm də sülh üçün xeyirli bir addım hesab oluna bilər. Dünya tarixində yüz illərlə müharibə edən xalqlar olub. Amma nəticədə, əgər milli maraqlara uyğundursa, həmin şərtlər daxilində sülhə də hazır olmaq lazımdır". 

Deputat hazırki şərtlər daxilində sülhün əldə olunmasının Azərbaycanın da milli maraqlarına uyğun olduğunu vurğulayıb:

"Bu işdə müxtəlif qeyri-hökumət təşkilatlarının, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının atdığı addımlar da məqbul hesab edilməlidir. Amma, biz bu prosesdə həm də tarixi yaddaşımızı və münaqişə tarixini unutmamalıyıq. Sülhə qədər gələn yolun nələrdən keçdiyini hafizəmizin bir küncündə daim canlı saxlamalıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri