Icma.az
close
up
RU
Parlamentdə dəyişiklik anonsu verildi? Deputatlar şikayətlənir

Parlamentdə dəyişiklik anonsu verildi? Deputatlar şikayətlənir

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Əhalinin artması ilə bir deputata düşən seçici sayının çoxalması faktı doğrudur və bu, vətəndaş müraciətlərinin həcmini, qəbul və görüşlərin intensivliyini artırır. Bu mənada, deputatların üzərinə düşən iş yükü real olaraq artıb…”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin Aqrar siyasət və İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib.

“Deputatların sayının artırılması məsələsini yalnız say artımı prizmasından yox, ümumi idarəetmənin səmərəliliyi baxımından qiymətləndirmək lazımdır.

Amma deputatların sayının artırılması təkbaşına problemi avtomatik olaraq həll etmir. Əsas məsələ deputat-seçici əlaqələrinin nə dərəcədə effektiv qurulması, bölgələrdə qəbul mexanizmlərinin, köməkçi aparatın və institusional dəstəyin gücləndirilməsidir. Deputatlara effektiv iş üçün resurslar vacibdir” – deyə R.Nurullayev vurğulayıb.

Deputatın fikrincə, bu məsələ yalnız geniş müzakirələrdən sonra gündəmə gətirilə bilər:

“Eyni zamanda, parlamentin daha keyfiyyətli işləməsi üçün təkcə say yox, peşəkarlıq, məsuliyyət və real təmsilçilik vacibdir. Bu məsələ yalnız geniş ictimai müzakirələrdən, ekspert rəyindən və real ehtiyacın obyektiv qiymətləndirilməsindən sonra gündəmə gələ bilər. Yəni qərar verərkən emosional yanaşmadan yox, ölkənin idarəçilik ehtiyaclarından çıxış etmək daha doğru olardı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Fevral 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri