Icma.az
close
up
RU
Parlamentdə ictimai dinləmə Qərbi Azərbaycana QAYIDIŞ

Parlamentdə ictimai dinləmə Qərbi Azərbaycana QAYIDIŞ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bugünkü tədbirin keçirilməsinə gösrə Sahibə xanım Qafarovaya, Fazil müəllimə dərin minnətdarlığımı bildirirəm. Ümumiyyətlə son iki ildə Qərbi Azərbaycana qayıdış məsələsinə ən böyük dəstək Milli Məclis tərəfindən göstərilib. Müxtəlif komitələr tərəfinfən 5, Milli Məclisin Təşəbbüs Qrupu tərəfindən isə 1 ictimai dinləmə keçirilib.

Modern.az xəbər verir ki, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə zamanı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O qeyd edib ki, bu dinləmələrdə səsləndiriklən fikirlər qayıdış məsələsində yeni ideyalar verir:

"QHT-lərin də bu məsələdə rolu önəmlidir. Onların vətəndaş cəmiyyətinin formalaşdırılmasında, layihələr əsasında təlimlər, tədbirlər keçirir və əhali arasında maarifləndirmə işi aparırlar. Vaxtilə ermənilərin və onların havadarlarının səyi nəticəsində əhaliyə məlumat verilmirdi. Buna görə də yeni nəsillər belə xəbərsiz yetişmişdi. Bundan istifadə edən ermənilər azərbaycanlılara qarşı deportasiya, soyqırımı həyata keçirmişdi. Nəhayət 2020-ci ilin sentyabrında buna son qoyuldu. Cənab Prezidentin uzaqgörənliyi, xalq-iqtidar birliyi 44 gündə düşmənin iki yüz illik planını pozdu. 24 dekabr 2022-ci ildə tarixçi çıxışında Azərbaycan dövlətinin və xalqının yeni ideyasını elan etdi. Bu məsələdə də QHT-lərimiz öz sözünü deməlidir. Ölkə daxilində və xaricində  lazımi fəaliyyəti olan QHT ordusu durur. Yetər ki, bu ordu doğru istiqamətlənsin. QHT Agentliyi ilk gündən böyük iş görülmüş qrant layihə həyata keçirib. Təşəkkür edirik”,- o deyib.

Komitənin sədri Fazil Mustafa isə bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsinin APA kimi platformada təsdiqi böyük uğur sayılır:

“Bildiyiniz kimi, bu günlərdə Bakıda Asiya Parlament Assambleyasının 15-ci sessiyası keçirildi. Qürurla vurğulamaq istərdim ki, Assamleyanın yekun sənədi olan Bakı Bəyyanəməsində soydaşlarımızın Qərbi Azərbaycana ləyqaətli qayıdış məsələsi öz əksini tapıb. Öz yurdlarından qovulmuş azərbaycanlıların qayıdışı üçün bütün səyləri səfərbər edirik. Bu ideyanın belə bir platformada təsdiqi böyük uğur sayılır”, - deyə komitə sədri bildirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, indiyə qədər Qərbi Azərbaycanla bağlı 53 layihə Agentliyin maliyyə dəstəyi ilə icra olunub: “Bu layihələrə ümumilikdə 667 min manat vəsait ayrılıb. Bu il BMT-nin İnsan Hüquqları Şurasının növbəti sessiyasında Qərbi Azərbaycanla bağlı yan tədbir keçiriləcək"

O qeyd edib ki, artıq Qərbi Azərbaycan mövzusu beynəlxalq leksikonda və beynəlxalq gündəlikdə tez-tez çəkilən məsələlərdən biridir.

"Agentlik ilk dəfə 2023-cü ildən başlayaraq Qərbi Azərbaycana qayıdış konsepsiyasının icrasına ictimai dəstəyin göstərilməsi iə bağlı qrant müsabiqə elan etmişdi. Bu müsabiqədə 24 layihə qalib elan olunmuşdu və ümumilikdə 485 min 500 manat qrant ayrılmışdı. 2024-cü ildə də mövzu öz aktuallığını saxlayıb və mövzu üzrə 29 layihəyə 374 min 50 manat vəsait ayrılmışdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri