Icma.az
close
up
RU
Parlamentdə komitə iclası keçirilib

Parlamentdə komitə iclası keçirilib

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib. İlk öncə, komitə sədri gündəliyin birinci məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”,“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məsədilə hazırlanıb.
Qeyd edilib ki, layihəyə əsasən, hərbi komissarlıqların ləğvindən sonra yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı səlahiyyət bölgüsünün qanunvericilikdə aydın şəkildə təsbit edilməsi, terminoloji uyğunluğun təmin olunması və hüquqi tənzimləmənin daha dəqiq və səmərəli tətbiqi nəzərdə tutulur.
Daha sonra komitə sədri gündəliyin növbəti məsələsi - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qadınlarla bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. Komitə sədri vurğulayıb ki, dəyişiklik qadın hərbi qulluqçuların xidmətə uyğunlaşmasını asanlaşdıracaq və hərbi xidmətin təşkilinin səmərəliliyini artıracaq.
Onlayın iclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq idarəsinin rəisi Bəxtiyar Hacıyev qanun layihələrinin mahiyyəti, məqsədi və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri ilə bağlı məlumat veriblər.
Müzakirələrdə komitənin üzvləri Hikmət Məmmədov, Səbinə Salmanova, Qaya Məmmədov, Ramid Namazov, Azər Kərimli, Samir Vəliyev, Rizvan Nəbiyev,  Mahir Süleymanlı, Kamal Cəfərov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid təqdim olunan məsələlər barəsində öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Sonda  qanun layihələrinin hər biri  Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin sədr müavini Qüdrət Həsənquliyev, komitənin üzvləri Aqil Abbasov, Aydın Mirzəzadə, Gülşən Paşayeva, Elman Məmmədov, Erkin Qədirli və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Fevral 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri