Parlamentlərarası İttifaqın Assambleyasında humanitar normaların qorunması mövzusunda müzakirələr aparılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 21 oktyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək üçün Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin sədri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış edib, fikirlərini bölüşüblər.
Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















