Icma.az
close
up
RU
Parlaq gələcək naminə

Parlaq gələcək naminə

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri keçirilən görüşlər əldə edilən nəticələr tarixi əhəmiyyət kəsb edir. Bu eyni zamanda Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətininin liderlər səviyyəsində təsdiq hesab edilir. Sözsüz ki, dünyanın bir nömrəli gücü ABŞ-la strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır.

Azərbaycan-ABŞ liderlərinin görüşünün səmimi şəraitdə keçməsi dövlətimizin başçısının liderliyinə və Azərbaycana göstərilən böyük önəmin göstəricisidir: “Bu mənada Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması bununla bağlı yaradılan Strateji İşçi Qrupunun böyük əhəmiyyəti var. Həmin sənəddə təsbit edilən gələcək əməkdaşlıq istiqamətləri (qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq) ölkəmizin qarşısında nə qədər böyük imkanlar açıldığını göstərir. Sözsüz ki, bunun Azərbaycan üçün çox müsbət təsirləri olacaq. İndi Bakı ilə Vaşinqton ABŞ-in sabiq prezidenti Cozef Bayden administrasiyası dövründən əvvəlki illərdə qazanılmış nailiyyətlər və potensial dondurulmuş vəziyyətə salındığı üçün Azərbaycan bu istiqamətdə vaxt itirmək istəmir. Ölkəmizin başçısının ABŞ-a səfəri çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirməsi də bu məqsədlərə xidmət edir. Sözsüz ki, uzun müddət davam edən “Azadlığa Dəstək Aktına dair ədalətsiz 907-ci” düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin və Prezident Donald Trampın münasibətləri həmişə yaxşı səviyyədə olub, Azərbaycan seçkilərdə onu dəstəkləyib. Bu növbəti illərdə ölkələrimiz arasında əlaqələrə də müsbət təsir edəcək”.
“Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci” düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır: “Sözsüz ki, hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, Azərbaycan üçün siyasi jestdir. Dövlətimizin başçısının da müsahibəsində qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində vakuum yaranmışdı, Minsk qrupu da iflic və lazımsız bir quruma çevrilmişdi. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Bu mənada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təşəbbüskarı Azərbaycan olub. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bütün maddələrinin razılaşdırılması Cənubi Qafqaz üçün önəmli amildir. Prezident İlham Əliyev bunun müqabilində müsahibəsində, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi Vaşinqtonda sülh sazişinin imzalanmasına imkan vermədiyini də diqqətə çatdırıb.
Dövlətimizin başçısı Azərbaycan və Ermənistanın sülh sazişinin mətninin Ağ Evdə paraflanması ilə bölgəmizə dayanıqlı sülh gələcəyini vurğulayıb: “Bu Azərbaycan və Ermənistanla yanaşı bütün bölgə üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Bu xüsusda ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafı, Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin buna dəstəyi və şahidlik etməsi Bəyannamənin önəmini göstərir...”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see456

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see345

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see337

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see323

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see293

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see292

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see288

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see277

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see275

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see275

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see270

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see268

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see251

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see251

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see251

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see223

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see217

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see216

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see215

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri