Icma.az
close
up
RU
Partiya liderlərinin görüşü hadisədir, amma nəticə də olmalıdır AÇIQLAMA

Partiya liderlərinin görüşü hadisədir, amma nəticə də olmalıdır AÇIQLAMA

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bunun ardınca siyasi institutun mühüm tərkib hissəsi olan siyasi partiyaların cəmiyyətdə və dövlət hakimiyyətində həqiqi yerini tutmasına imkan yaradan addımlar atmaq olar



Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən dəyirmi masa təşkil olunub. Dəyirmi masada Milli Məclis Aparatı, Mərkəzi Seçki Komissiyası, Ədliyyə və Maliyyə nazirlikləri, Hesablama Palatası və 25 siyasi partiyanın nümayəndələri, həmçinin alimlər, siyasi şərhçilər, media subyektlərinin nümayəndələri iştirak ediblər. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb. Partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib. 2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ə.Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib. Bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib. Daha sonra dövlət orqanlarının nümayəndələri – Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Mərkəzi Seçki Komissiyası sədrinin birinci müavini Rövzət Qasımov, ədliyyə nazirini müavini Abiddin Hüseynov, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinin müxtəlif aspektlərinə toxunaraq, dövlətin mövcud istiqamətdə gördüyü işlər barəsində ətraflı məlumatlar veriblər. Tədbirdə siyasi partiya üzvlərinin reyestrinin aparılması, bu sahədə qanunvericilikdə edilmiş son dəyişikliklər, siyasi partiyaların seçkilərdə fəal iştirakı, partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımları, bu yardımların xərclənməsi, hesabatlılıq, partiya sədrlərinin mediadakı fəaliyyəti, onların siyasi dialoqun dərinləşməsi prosesində rolu və digər bu kimi məsələlər geniş müzakirə olunub.


Görüşlə bağlı fikirlərini bəyan edən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov bildirib ki, suverenliyin bərpası, şübhəsiz ki, ölkəmizdə yeni münasibətlər sisteminin formalaşmasını diktə etməyə başladı. Partiya təmsilçisinin sözlərinə görə, həyat dinamikdir, durğun deyil, sükunət məhvə aparır:

 "Ancaq bununla belə biz keçmişdə əldə etdiyimiz bu böyük qələbəyə vurğunluq göstərərək, ona bağlı qala bilmərik: "Çünki tarixə bağlılıq xalqları inkişaf etməyə qoymur, onun ayağında buxova çevrilir. Ona görə də əsas hədəfimiz olan ərazi bütövlüyümüzün və suverenliyin bərpasına nail olduqdan sonra dövlətimizin və cəmiyyətimizin inkişafı naminə qarşıya yeni vəzifələr qoyulmalıdır. Siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşması özündə məhz bunu ehtiva etməlidir. Məsələyə bu aspektdən yanaşdıqda, təbii ki, ölkəmizdə həllini gözləyən bir çox məsələlərə vahid mövqe və yanaşma tapılmalı, problemlərin həllinə nail olmaqla dövlətimizin gücünü artırmalıyıq. Unutmamalıyıq ki, əsas hədəfimiz yaddaşlarda olan Azərbaycanı reallığa çevirmək və xalqımızın xoşbəxt yaşamasını təmin etməkdir. Hədəfə doğru ilk addım kimi Konstitusiya islahatlarından başlamaq daha doğru olar. Bu, Azərbaycanın hər bir vətəndaşını ölkəmizin sahibi kimi hiss etdirər, siyasi, ictimai iştirakçılığı təmin edər. Eyni zamanda yeni müstəvidə buxova çevrilən elementlər aradan qaldırılar". 


Ekspertə görə, bunun ardınca siyasi institutun mühüm tərkib hissəsi olan siyasi partiyaların cəmiyyətdə və dövlət hakimiyyətində həqiqi yerini tutmasına imkan yaradan addımlar atmaq olar:

 "Bu həm də ona görə vacibdir ki, bütün tərəflərdən hücuma məruz qalan cəmiyyətimizi qorumaq mümükün olsun. Siyasi partiyaların inkişafı problemlərin öz dilimizdən səsləndirilməsi, xalqın ideoloji əsaslarla biləşdirilməsi və bədniyyətli yad qüvvələrə manevr üçün boş yer saxlanılmamasını təmin edər. Yeni müstəvidə diqqətdə saxlanılan ən mühüm elementlərdən biri də xalqın seçkilərdə fəal iştirakının təmin edilməsi olmalıdır. Biganəlik hər şeyi məhv edir, bunu unutmamalıyıq. Biganəlik - özünə inamsızlıqdır, gələcəyə ümidsizlikdir. Bu ağır yükü siyasi partiyalar qaldırsa, ən doğru qərar olar. Əks halda bizi istəməyən çoxsaylı qüvvələr var ki, onu daşımaq üçün əldən-ayaqdan gedirlər, min bir oyundan çıxırlar. Biz onlara fürsət verməməliyik. Ümid edirəm ki, siyasi qüvvələr arasında səmimi dialoq qeyd edilən problemlərin həllinə töhfə verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri