Icma.az
close
up
RU
PAŞA Bank qeyri neft sektorunda reallaşdırılan yeni layihəyə 10.000.000 manat ayırdı

PAŞA Bank qeyri neft sektorunda reallaşdırılan yeni layihəyə 10.000.000 manat ayırdı

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını dəstəkləyən təşəbbüslərini davam etdirir.

Bu istiqamətdə atılan növbəti addım olaraq, Bank Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kredit mexanizmi çərçivəsində İsmayıllı rayonunun Topçu kəndində "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin sərinləşdirici içkilər istehsal edəcək yeni zavodunun tikintisi üçün 10.000.000 manat məbləğində kredit ayırıb.

Yeni zavod ildə 165 milyon litr sərinləşdirici içki istehsal  etmək gücünə sahib olacaqdır. Zavodun işə salınması bu regionda 100-ə yaxın daimi iş yerinin yaradılmasına imkan verəcək.

"PAŞA Bank" İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının real sektorunun etibarlı maliyyə tərəfdaşı kimi, Bank ölkənin qeyri-neft sektorunun gücləndirilməsinə və real sektorun inkişafına öz töhfəsini verməyə davam edəcək.

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq, “PAŞA Bank” istehsal, kənd təsərrüfatı, nəqliyyat və logistika, İKT və digər qeyri-neft sektorlarının əsas istiqamətləri üzrə həyata keçirilən layihələrdə daima iştirak edir. Ölkəyə beynəlxalq təcrübənin və müasir texnologiyaların gətirilməsi, yeni iş yerlərinin açılması, eləcə də real sektorda sahibkarın inkişafına təkan verən investisiya layihələrinin icrası “PAŞA Bank”ın əsas prioritetlərindən biridir.  Əminəm ki, bu layihə Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfə verəcək", - deyə, Quliyev bildirib.

“Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova qeyd edib ki, 30 illik fəaliyyətini qeyd etdiyi zamanda bu sərmayə şirkətin inkişaf yolunda əlamətdar bir mərhələni ifadə edir.

“Yeni istehsal müəssisəmiz ölkəyə uzunmüddətli öhdəliyimizin, xarici biznes üçün münit şəraitin olmasının və onun gələcəyinə olan inamımızın bariz göstəricisidir. Biz sadəcə bir şirkət deyil, həm də etibarlı tərəfdaşıq – müştəri və istehlakçılarımız üçün dəyər yaratmağa, əməkdaşlarımızı gücləndirməyə və xidmət etdiyimiz icmalara töhfə verməyə sadiqik. Bank tərəfdaşlarımızın güclü dəstəyi ilə bu mühüm addımı atmaqdan qürur duyuruq,” - deyə, Məmmədova bildirib.

Qeyd edək ki, “PAŞA Bank” bu il “International Investor” beynəlxalq nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank bu mükafata Azərbaycanın qeyri-neft sektorunda qazandığı uğurlara, ölkə iqtisadiyyatının, o cümlədən real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri