“PAŞA Bank” səhmdarlarına dividend ödəyəcək
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
“PAŞA Bank” səhmdarlarına ümumilikdə 107,04 milyon manat dividend ödənişi nəzərdə tutub.
Banco.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.
Bank rəsmisi qeyd edib ki, dividendin 53,52 milyon manatlıq ilk hissəsi 10 iyul 2026-cı ildə səhmdarlara ödənilib. Qalan 53,52 milyon manatın isə oktyabr ayında ödənilməsi planlaşdırılır.
Ümumi dividend məbləği bir səhm üzrə təxminən 5,72 manat təşkil edir. İyulda hər səhmə təxminən 2,86 manat dividend ödənilib, oktyabrda da eyni məbləğdə ödəniş nəzərdə tutulur.
Murad Süleymanov qeyd edib ki, 2026-cı ilin ilk yarısının nəticələrinə əsasən bir səhm üzrə gəlir (EPS) 5,16 manat, orta kapital gəlirliliyi (ROAE) isə 10,3% təşkil edib.
Təqdim olunan məlumatlara görə, bankın 2025-ci ilin nəticələri üzrə dividend ödəmə əmsalı 59% olub. 2026-cı ilin iyununda ödənilən dividend nəzərə alınmaqla göstərici 57,7% təşkil edib. Bankın dividend siyasətində nəzərdə tutulan minimal dividend ödəmə əmsalı isə xalis mənfəətin təxminən 30-40%-i səviyyəsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 18 Sentyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















