Icma.az
close
up
RU
“PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel keçirilib

“PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel keçirilib

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişaf və bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirak edir. 14 noyabrda COP29 Sədrliyinin idarəçiliyi altında Mavi Zonada “PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel təşkil edib.

Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, “Deloitte Netherlands” şirkətinin partnyoru İvan Kuxnin, “Mizuho Bank”ın dayanıqlı maliyyə həlləri üzrə direktoru Selia Prays və moderator qismində “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev iqlim maliyyəsinin rolu və karbon emissiyalarının azaldılması kimi mövzuları müzakirə ediblər.

Paneldə çıxış edən Cavid Quliyev vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edərək tarixi bir dövrü yaşayır. “200-ə yaxın ölkə nümayəndələri Azərbaycana gələrək, bu əhəmiyyətli tədbir çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə dövlətlərarası çoxşaxəli bir dialoq qururlar. Bu mühüm mövzular arasında bank sektorunun iqlim dəyişikliyi ilə bağlı qarşılaşdığı çətinliklərə də xüsusi diqqət yetirilir. Azərbaycanın yaşıl keçidini maliyyələşdirmək üçün Azərbaycan Banklar Assosiasiyası, bank icması adından 2 milyard AZN vəsait ayırmağa öhdəlik götürmüşdür və bu gün bu mövzu üzrə "PAŞA Bank" tərəfindən təşkil olunmuş xüsusi panel müzakirəsinə dəvət edilmiş ekspertlərlə geniş fikir mübadiləsi aparılacaqdır. Burada müzakirə olunan bir neçə mühüm məsələ var ki, bunlar arasında hökumətin rolu və iştirakı, innovativ həllərin praktik tətbiqi, yaşıl texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq da mövcuddur. Yaşıl maliyyələşdirmə üçün müxtəlif maliyyə alətlərinin inkişafı və tətbiqi xüsusilə vacibdir. Eyni zamanda, yaşıl keçidin uğurla həyata keçirilməsi üçün özəl və dövlət sektorları arasında güclü əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Yalnız bu cür tərəfdaşlıqlar və maliyyə alətlərinin düzgün tətbiqi, yaşıl keçid prosesinin effektivliyini və dayanıqlılığını təmin edə bilər. Əminəm ki, bu müzakirələr Azərbaycan iqtisadiyyatının yaşıl keçidinin təmin edilməsinə və bu prosesin daha geniş maliyyələşməsinə mühüm töhfə verəcəkdir,” deyə, Quliyev bildirib.

Ən sərfəli kredit üçün müraciət et
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Noyabr 2024 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri