Icma.az
close
up
RU
® PAŞA Holding in təşkilatçılığı ilə Gürcüstanda “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri keçirilib

® PAŞA Holding in təşkilatçılığı ilə Gürcüstanda “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PAŞA Holding-in təşkilatçılığı, PAŞA Bank Gürcüstan-ın dəstəyi ilə “INMerge” İnnovasiya Sammitinin ilk regional tədbiri Gürcüstanın paytaxtı Tiflis şəhərində uğurla başa çatıb. 150-dən çox iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir, korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib.

Tədbirin əsas məqamlarından biri "İşgüzar İnkişaf üçün İnnovasiya – Korporativ Strategiya və Ekosistem Dinamikası Arasında Körpü Qurmaq" mövzusunda keçirilən panel müzakirəsi olub. PASHA Bank Gürcüstanın Biznes İnkişafı Departamentinin rəhbəri Maka Gvritishvili-nin moderatorluğu ilə keçirilən müzakirəyə Pedro Santos Vieira - 500 Global şirkətinin tərəfdaşı, Iro Tsagareishvili - AXEL şirkətinin icraçı direktoru, Nino Chedia - United Payment Georgia-nın icraçı direktoru, Zviad Tsotskolauri - Signify şirkətinin CEO-su, eləcə də Lika Merabishvili - StrategEast şirkətinin Qafqaz üzrə regional direktoru kimi nüfuzlu ekspertlər qatıldılar. Panel müzakirəsində innovasiyanın işgüzar inkişafdakı rolu müzakirə olundu və korporativ strategiyalarla startap ekosistemi arasında daha güclü əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.

Tədbirin digər bir əsas məqamı isə Gürcüstanın ən ümidverici startaplarını nümayiş etdirmək üçün təşkil olunan “INbattle” startap müsabiqəsi oldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərildi. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçildi, onlardan bir startap qalib gəldi.

Qeyd edək ki, Gürcüstandan əlavə, PAŞA Holding “INMerge” İnnovasiya Sammitinin digər ölkələrdə də regional tədbirlərinin keçirməyini planlayır. Eləcə də, əsas təbdir Bakıda senyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.

Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanınına keçid edə bilərsiniz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see288

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see193

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see169

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri