Icma.az
close
up
RU
PAŞA Holding in təşkilatçılığı ilə INMerge İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib

PAŞA Holding in təşkilatçılığı ilə INMerge İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal innovasiya platformasına çevrilmək hədəfi ilə irəliləyən "INMerge Innovation Summit" fəaliyyətinin növbəti addımı olaraq ölkəxarici tədbirlə davam etdi. 29 aprel 2025-ci il tarixində İstanbul şəhərinin mərkəzində keçirilən bu tədbir "Tenity" şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.

Tədbirin əsas məqamı Türkiyənin ən ümidverici startaplarını nümayiş etdirmək üçün təşkil olunan "INbattle" startap müsabiqəsi oldu. 50-dən çox startapın müraciət etdiyi müsabiqəyə böyük maraq göstərildi. Seçim prosesindən sonra yalnız 10 startap həllərini münsiflər heyətinə təqdim etmək üçün seçildi, onlardan bir startap qalib gəldi. 200-ə yaxın iştirakçının, o cümlədən aparıcı sahibkarların, investorların və ekosistem iştirakçılarının bir araya gəldiyi tədbir korporativ innovasiya, startapların inkişafı və investisiya imkanları üzrə müzakirələr üçün cəlbedici bir mühit təqdim edib. Bundan əlavə, sözügedən tədbir seçilmiş startaplar üçün 29 və 30 sentyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammiti tədbirində iştirak etmək imkanı təqdim edən dinamik bir platforma rolunu oynayıb.

Tədbirin digər əsas məqamlarından biri "Bellamy Alden AI Consulting" şirkətinin tərəfdaşı və süni intellekt üzrə transformasiya mütəxəssisi Fahed Bizzarinin çıxışı oldu. O, "Süni intellektin inkişaf edən ekosistemi və onun investisiya strategiyalarına təsiri" mövzusunda fikirlərini bölüşdü. Daha sonra tədbir "Türkiyə növbəti innovasiya mərkəzi kimi: Strategiyadan miqyaslanmaya" adlı panel müzakirəsi ilə davam etdi. Paneldə Türkiyə və regionun innovasiya mühitinin aparıcı nümayəndələri çıxış etdilər: Yeliz Erinçkan - "Sabancı" ARF rəhbəri, strategiya və innovasiya direktoru, Itır Ürünay Aydoğan - "Yapı Kredi"də ekosistem bankçılığı və innovasiya direktoru, Sabina Babayeva - "Tenity" şirkətinin İstanbul hab rəhbəri, Enis Hulli - E2VC-nin tərəfdaşı, eləcə də Ahmet Cüneyt Selçuk - Türkiyə Prezidentliyi yanında investisiya ofisində maliyyə investisiyaları bölməsinin meneceri.

Qeyd edək ki, Türkiyə və Gürcüstandan əlavə, "PAŞA Holding" "INMerge" İnnovasiya Sammitinin digər ölkələrdə də regional tədbirlərinin keçirilməsini planlayır. Eləcə də, əsas tədbir Bakıda sentyabr ayında baş tutacaq və ətraflı məlumat bir müddət sonra paylaşılacaq.

Tədbir barədə daha ətraflı məlumat üçün www.inmerge.az ünvanına keçid edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 May 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri