“PAŞA Holding”in sosial tərəfdaşlığı ilə aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları təqdim edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 9 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 13 min 300-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedən övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib.
“PAŞA Holding” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 09 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















