PAŞA Kapital ın CEO su vəzifəsindən ayrıldı
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"PAŞA Kapital İnvestisiya Şirkəti"nin baş icraçı direktoru (CEO) Ceyhun Hacıyev vəzifəsindən ayrılıb.
Qaynarinfo-nun Valyuta.az-a istinadən məlumatına görə, C.Hacıyev 2007-ci ildən fəaliyyət göstərdiyi "PASHA Group"dakı 19 illik karyerasını başa vurduğunu açıqlayıb.
C.Hacıyev 2023-cü ilin yanvarından 2026-cı ilin iyun ayınadək "PAŞA Kapital"ın baş icraçı direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, şirkətdə direktor vəzifəsini tutub.
Karyerası ərzində o, "PAŞA Bank"da Xəzinədarlıq departamentinin direktoru, Xəzinədarlıq və Maliyyə İnstitutları departamentinin rəhbəri, həmçinin "PASHA Bank Georgia"da Xəzinədarlıq departamentinin rəhbəri vəzifələrində çalışıb.
O, 2020-2025-ci illərdə Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin sədri olub.
Qeyd edək ki, 2021-ci ildə Ceyhun Hacıyev "Azərbaycanın investisiya sektorunda ən uğurlu CEO" adına layiq görülüb.
C.Hacıyev yeni fəaliyyət istiqaməti ilə bağlı hələlik hər hansı açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:211
Bu xəbər 31 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















