“PAŞA Kapital”ın ticarət dövriyyəsi 44,7 milyarda ÇATDI
Icma.az bildirir, Bizim media portalına istinadən.
2025-ci ildə "PAŞA Kapital"-ın Bakı Fond Birjasında (BFB) ticarət dövriyyəsi artıb.
Bizim.Media xəbər verir ki, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) Baş icraçı direktoru İsi Mustafayev şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “PAŞA Kapital”ın ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 67% artıb.
"Şirkətin 2024-cü ildəki ticarət dövriyyəsi 26,8 milyard manat olub, ötən il isə bu göstərici 44,7 milyard manata çatıb. Bu da bazarın təqribən 42%-ni təşkil edib".
Onun sözlərinə görə, şirkətin 2025-ci ildəki ticarət dövriyyəsinin 30,1 milyard manatı repo əməliyyatları, 12,2 milyard manatı dövlət istiqrazları, 1,7 milyard manatı Mərkəzi Bankın qiymətli kağızları, 0,7 milyard manatı isə korporativ istiqrazlar üzrə formalaşıb.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 03 İyun 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















