“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“PashaPay” şirkəti Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi sosial layihələrə xüsusi töhfə vermiş şirkətlər yeni təsis edilən “Red Hearts Award” mükafatı ilə təltif edilib.
Newscenter.az xəbər verir ki, mükafatı Fondun prezidenti Yusif Poladov təqdim edib.
Qırmızı Ürəklər Fondu həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları həyata keçirir.
2024-cü il ərzində Fonda 4 505 donor tərəfindən ümumilikdə 1 milyon 870 min manat məbləğində ianə edilib.
“PashaPay” şirkəti Fondun Bakı şəhərinin Bilgəh qəsəbəsində təşkil etdiyi təmizlik aksiyasında da iştirak edib.
Süleyman
Bu mövzuda digər xəbərlər:“PashaPay”də pozuntular aşkarlanıb
02 İyun 2026 12:28
“PashaPay” ilə möcüzələr geri qayıdır! VİDEO
29 Dekabr 2024 12:43
SOCAR rəsmisi: Digital Lighthouse Award mükafatı sistematik rəqəmsal transformasiyanın göstəricisidir
21 Yanvar 2026 15:36
AMB “PashaPay”ə məcburi göstəriş verib
12 Fevral 2025 15:09
Baxış sayı:153
Bu xəbər 23 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















