Icma.az
close
up
RU
Paşimyan İTV yə Azərbaycan Ermənistan sülh sazişinin bəzi bəndlərini açıqlandı

Paşimyan İTV yə Azərbaycan Ermənistan sülh sazişinin bəzi bəndlərini açıqlandı

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub".

Yenisabah.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb: “Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.

N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həlini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək: “Sülh razılaşması imzalandan sonra, Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malikdir və yerli qanunlardan üstündür”.

Baş nazirin sözlərinə görə, Ermənsitanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə naharatlıqlara son qoymağın ən qısa yolu sülh sazişini imzalamaqdır: “Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”./Teleqraf


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 May 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri