Icma.az
close
up
RU
Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir

Kilsə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmir

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


“Erməni Apostol Kilsəsi Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına, əməkdaşlığın başlanmasına və kommunikasiyaların açılmasına qarşıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
Professor xatırladıb ki, ermənilərin 1918-ci ilə qədər dövləti və böyük dövlət xadimləri olmayıb. Bu müddət ərzində erməni dövlətinin statusunu və məsuliyyətini faktiki olaraq Erməni Apostol Kilsəsi öz üzərinə götürüb. Erməni-türk münasibətlərində də əsas məsuliyyəti kilsə daşıyıb. Bu məqsədlə ianələr toplanıb, böyük maliyyə imkanları qurulub.
Cümşüd Nuriyev bildirib ki, baş nazir Nikol Paşinyan indi erməni dövlətini normal reyslər üzərində oturtmaq, ona çəki-düzən vermək istəyir. Və bu fonda kilsə görür ki, ianələri, eləcə də təsir imkanları əlindən alınacaq, ona görə də, siyasi mübarizəyə başlayıb.
Professor əlavə edib ki, həm erməni hökuməti, həm də kilsə indi bir-birinə qarşı mübarizədə əllərində olan faktlardan yararlanırlar:
“Paşinyan deyir ki, II Qaragen bic uşağının olub-olmamasına aydınlıq gətirsin. Ehtimal edirəm ki, hökumətin əlində həm bəhs edilən uşağın, həm də Qaragenin DNT analizləri var və onlar üst-üstə düşür. Bu səbəbdən də Paşinyan bu məsələnin üzərinə gedir. Çünki kilsə qanunlarına görə, özünü Allaha həsr edən şəxs evlənə, ailə qura bilməz”.
C. Nuriyev ehtimal edir ki, katalikos Qaragen, keşiş Bagrat və digərlərinin agent olması haqqında sənədlər var və bunlar zamanla ictimailəşdiriləcək. Sabiq prezidentlər Sarkisyan və Köçəryanın da agent olmaları, vaxtilə Azərbaycana qarşı hərbi cinayətlər törətmələri hamıya bəllidir.
Müsahibimiz əlavə edib ki, erməni kilsəsi hazırda Rusiyanın istəklərini yerinə yetirir.
C. Nuriyevin fikrincə, Qarabağ problemi həll edildikdən sonra Qaragenin nəzir qutuları əldən çıxıb. Üstəlik, Paşinyanın sülh gündəliyi onlar üçün ciddi problemdir. Bu səbəbdən erməni kilsəsi siyasi mübarizədə alətə çevrilib.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 İyun 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri