Icma.az
close
up
RU
Paşinayn Netanyahunun təxribatçı bəyanatını pislədi “Bu, erməni xalqının maraqlarına xidmət etmir”

Paşinayn Netanyahunun təxribatçı bəyanatını pislədi “Bu, erməni xalqının maraqlarına xidmət etmir”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Netanyahunun bəyanatının nə Ermənistan Respublikasının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur”. 

"AzPolitika" istinadən xəbər verir ki, bunu Ermənistan hökumətinin başçısı Nikol Paşinyan avqustun 28-də hökumətin iclasından sonra jurnalistlərlə söhbətində deyib.

Söhbət İsrailin Baş naziri Benyamin Netanyahunun İsrailin “erməni soyqırımı”nı tanıyacağı ilə bağlı bəyanatından gedir. Son zamanlar Türkiyə ilə münasibətləri kəskin pisləşən Netanyahu jurnalistlərə açıqlaması zamanı özünün “erməni soyqırımı”nı tanıdığını söyləyib və iddia edib ki, guya bundan öncə İsrail parlamenti də bunu tanıyıb. Lakin əslində, belə bir şey olmayıb.

Paşinyan isə Netanyahunun bu bəyanatının Ermənistana heç nə vermədiyini və ümumiyyətlə, “soyqırım” məsələsinin qabardılmasının ermənilərin maraqlarına xidmət etmədiyini qeyd edib: "Ümumiyyətlə, başa düşməliyik ki, biz “erməni soyqırımı”nın tanınması və ya tanınmamasının dövlətimizin və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayanların əlində geosiyasi alver predmetinə çevrilməsini istəyirikmi? İstəyirikmi ki, soyqırımın tanınması məsələsi kiminsə müsahibəsindəki təsadüf nəticəsində nəyinsə ifadəsi olsun? Bizə öz dövlət maraqlarımızın ətrafında birləşmək lazımdır. Nə qədər ölkə erməni soyqırımını tanıyıb. Ermənistan bundan nə qazandı, biz bundan nə qazandıq?”.

Göründüyü kimi, Paşinyan da Qəzzada İsrail ordusunun törətdiyi soyqırımın baş memarı olan Netanyahunun bəyanatının siyasi təxribat xarakteri daşıdığını və özünün şəxsi siyasi maraqlarına xidmət etdiyini anlayır. Və ermənilərə başa salmağa çalışır ki, qondarma “erməni soyqırımı” yalnız kimlərinsə əlində alət olmaqdan və regionu qarışdırmaqdan başqa heç nəyə yaramır. Bunun qabardılmasından isə ən çox elə Türkiyə və Azərbaycanla münasibətləri korlayan Ermənistan ziyan görür.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri