Paşinyan Anna Akopyanla bir yerdə yaşayır? CAVAB
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib.
Lent.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Akopyanın sözlərini özünə yönəlmiş tənqid kimi qəbul edir və onun qaldırdığı aşkar problemlərin həll olunmasını təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Annanın onunla məsləhətləşib-məsləhətləşmədiyi, cütlüyün birlikdə yaşayıb-yaşamadığı (əvvəllər boşanmışdılar) və əgər yaşamırsa, niyə onu dövlət mühafizəsi müşayiət edir sualına Paşinyan cavab olaraq bildirib ki, Akopyan "Kondda" (hökumət iqamətgahı) yaşayır və ictimai fəaliyyətini onunla müzakirə etmir.
“Bu, normaldır. O, lazım bildiyi yerdə məsləhətləşir, lazım bilmədiyi yerdə isə etmir. Ermənistan demokratik ölkədir”, - Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















