Icma.az
close
up
RU
Paşinyan Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaradıb Ermənistanı xilas etmək niyyətindədir

Paşinyan Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaradıb Ermənistanı xilas etmək niyyətindədir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikadakı erməəni diasporu belə bir paylaşım edib ki, “Dağlıq Qarabağ Ermənistana qaytarılsın və Azərbaycan əsgərləri ərazilərdən çıxarılsın”. Buna cavab olaraq Ermənistan parlamentinin üzvü Arsen Torayan sadəcə bir söz yazıb “Kəsin səsinizi”… Bu da o deməkdir ki, artıq Ermənistan diasporu ilə Ermənistan hakimiyyəti arasında böyük düşüncə fərqi yaranıb.Qərbin maliyyələşdirdiyi, təxribatçı, təbliğatçı, sülhə mane olan erməni diasporu beynəlxalq ictimaiyyəti öz zərərli söz yığınları ilə zəhərləməsin deyə nə edilməlidir?

Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni diasporunun Ermənistanın siyasi-ictimai vəziyyətinə təsir etmək imkanları getdikcə zəifləyir.

Elnur Eltürk

“Qarabağ məsələsinin alovlanmasında erməni diasporunun birbaşa rolu olmuşdur. Onlar illərlə buna hazırlaşmışdılar. Bunu yaxın tariximizdən bilirik.  Bu gün vəziyyət dəyişib. Artıq erməni cəmiyyəti tamam başqa bir istiqamətdə düşünür. Onlar reallığı dərk edirlər ki, Ermənistanın gələcəyi erməni diasporundan asılı olmamalıdır. Erməni diasporunun erməni cəmiyyətində Paşinyana qarşı güclü müxalifət formalaşdırmaq cəhdləri fiaskoya uğrayıb. Həm də erməni diaspor öz maraqları çərçivəsində hərəkət edir. Fikir verirdinizsə, əvvəllər xaricdə erməni diasporu Nikol Paşinyana qarşı güclü müxaifət kimi çıxış edirdi. Bunun heç bir təsiri olmadı. Paşinyan bu sınaqdan uğurla çıxdı.

Paşinyan bölgədə baş verən reallıqları düzgün analiz etməyi bacaran siyasətçidir. Düzdür, təcrübəsizliklərini müşahidə edirik. Yenə də praqmatik siyasətçidir. Bölgədə sülhün yaranmasında maraq göstərdiyini görürük. Bu prizmadan baxarsaq Ermənistanın gələcək strateji hədəflərini erməni diasporu müəyyən etmir. Ona qarşı olan qüvvələri bir-bir sıradan çıxarır. Xüsusilə, Paşinyan daxildə də erməni kilsəsini zərərsizləşdirə və keşişləri siyasi proseslərdən uzaq tutmağı bacara bildi. Bu gün onların proseslərə təsir imkanları effektiv deyil. Paşinyan bunu görür və bu prosesə uyğun siyasi xətt yürüdür”-deyən Elnur Eltürk qeyd edib ki, Nikol Paşinyanın Azərbaycanın gücünü və Beynəlxalq münasibətlər sistemində Prezident İlham Əliyevin olan hörməti görür.

Ekspert hesab edir ki, Paşinyanın qarşısında bir neçə hədəf var:

Erməni diasporunun Ermənistanın siyasi-ictimai və xarici siyasətinə təsirlərini zəiflətmək;Ermənistanda iqtisadi imkanlarını gücləndirmək;Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaradıb Ermənistanı xilas etmək.

Elnur Eltürk bildirib ki, Paşinyan bunlara nail olmaq uğrunda ciddi addımlar atmaqda maraqlıdır, öz niyyətini gizləmir və erməni cəmiyyəti Paşinyana təzyiq etmir.

“Ermənilər "yuxu"dan ayılıblar. Ermənistanı uçurumdan erməni diasporu xilas etməyəcək. Onlar 30 ildə yalançı erməni siyasətçilərinin vədləri Ermənistanın hansı vəziyyətə düşdüyünü gördülər. Bu konteksdən yanaşsaq, Amerika erməni diasporunun bəyanat və açıqlamaları söz yığınağından baş bir şey olmayacaq”-deyə ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri