Icma.az
close
up
RU
Paşinyan Bakıda məşhur olan məsələni qaldırdı Zaxarova cavab verdi

Paşinyan Bakıda məşhur olan məsələni qaldırdı Zaxarova cavab verdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ermənilərdə türklərə qarşı yanlış qənaəti KQB formalaşdırıb. O, Azərbaycan da məşhur olan bu fikri təkrarlayaraq bildirib ki, iki xalq arasında münasibətlər yaxşı olub, sonradan Moskva arada nifaq yaradıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, KQB yalnız 1954-cü ildə yaradılıb və bu, Osmanlı İmperiyasında “erməni soyqırımından” təxminən 40 il sonra baş verib.

Paşinyan bu iddiasında haqlıdırmı? KQB xalqlar arasında bölücülük üçün hansı siyasətdən istifadə edirdi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, bu fikir müəyyən təzadlar ehtiva edir:

“Ermənilərdə Azərbaycan və türklərə qarşı nifrət hələ lap əvvəldən yüksək səviyyədə olub. Osmanlı dövründə ermənilər Şərqi Anadoluda yaşayırdılar və həmin vaxt Osmanlıya qarşı üsyanlar təşkil edirdilər. Bu üsyanları dəstəkləyənlər yalnız Rusiya deyildi, eyni zamanda Fransa da prosesdə iştirak edirdi. III Napoleon özünü ermənilərin hamisi elan etmişdi. Əsas məqsəd Osmanlını zəiflətmək idi və bunun üçün ermənilərə dəstək verilirdi.

Birinci Dünya müharibəsi ərəfəsində ermənilər Rusiyanın dəstəyi ilə Türkiyə türkləri və azərbaycanlılara qarşı qətliamlar həyata keçirmişdi. Həmin dövrdə Daşnaksütyun və digər radikal erməni qruplaşmaları yaranmışdı və onlar Osmanlıya, Azərbaycana qarşı zorakılıqlar edirdilər. Sözdə “erməni soyqırımı” ideyası da bu dövrdə irəli sürüldü.

Sultan Zahidov

1918-ci ilin mart hadisələrində Bakıda azərbaycanlılara qarşı qırğınlarda millətçi ermənilər fəal iştirak etmişdilər. O vaxt Sovet İttifaqı hələ yaranmamışdı, KQB isə mövcud deyildi. 1920-ci ilin martında Qarabağda ermənilərin üsyanı zamanı Azərbaycanda sovet sistemi hələ qurulmamışdı. Düzdür, Moskvanın müəyyən rolu var idi, amma KQB fəaliyyət göstərmirdi”.

Politoloq qeyd edib ki, KQB-nin xalqlar arasında nifrət və nifaq yaratmaq strategiyası var idi, lakin bu siyasəti əsasən xarici ölkələrdə həyata keçirirdi:

“Sovetlər daxilində isə xalqlar arasında nifaq və separatizm yaratmaq KQB-nin maraqlarına uyğun deyildi.

Mixail Qorbaçovun hakimiyyəti dövründə Sovet İttifaqı zəifləməyə başlayanda KQB aktivlik göstərməyə başladı. Çünki həmin vaxt Sovet hakimiyyəti zəifləmişdi və Qorbaçova qarşı çıxan qüvvələr var idi. Bu prosesin davam etməsi üçün KQB Qafqazda da bölücü fəaliyyətlər həyata keçirirdi. Məsələn, Gürcüstanda azərbaycanlılara qarşı etnik nifaqın qızışdırılması və Azərbaycanda KQB-nin müəyyən bölücü fəaliyyəti buna nümunədir. Lakin bunlar 1980-ci illərə aiddir. Bu fəaliyyətin əsas məqsədi Qorbaçov hakimiyyətinin zəifləməsindən istifadə edərək xalqlar arasında nifaqı qızışdırmaq, sovetlərə qarşı çıxan millətçi hərəkatları zəiflətmək idi”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri