Icma.az
close
up
RU
Paşinyan Bakıya hücum etdi Yeni müharibəyə hazırlıq planı

Paşinyan Bakıya hücum etdi Yeni müharibəyə hazırlıq planı

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qarşı yeni iddialar irəli sürüb.
Paşinyan “armenpress”də dərc olunan məqaləsində “Azərbaycan Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır” iddiası ilə çıxış edib.
O bildirib ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini qorumaq üçün orduda islahatlar aparır.
“Ermənistan ordusunda aparılan islahatların Azərbaycana aidiyyəti yoxdur. Çünki Ermənistanın Azərbaycana qarşı hansısa hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ermənistanın təhlükəsizliyinə təhdidlər Azərbaycandan edilir”, - Paşinyan bu iddialarla Ermənistanın sürətli şəkildə silahlanmasına haqq qazandırmağa çalışıb.
Erməni baş nazir Qərbi Azərbaycana qayıdış hüququnu “Ermənistana qarşı təhdid və ərazi iddiası” kimi təqdim edib. Bu iddianı daha öncə də irəli sürmüşdü, halbuki, azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq hüquqda təspit olunub. Paşinyanın Qərbi Azərbaycan məsələsini manipulyasiya etmək cəhdləri də beynəlxalq hüququn tələblərini yerinə yetirməmək niyyətindən irəli gəlir.
Paşinyan hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı da danışıb.
“Bakıda keçirilən məhkəmə, Azərbaycanın silahlanması və rəsmi Bakının aqressiv ritorikasını nəzərə alsaq, Ermənistanın təhlükəsizliyinə təhdidlərin olduğunu deyə bilərik”, - Nikol yazır. Daha sonra sülh müqaviləsini imzalamağa hazır olduqlarını əlavə edir.
Paşinyanın məqaləsi tamamilə “alibi” qazanmaq məqsədinə xidmət edir. “Azərbaycanı Ermənistana təhdid yaratmaqda” ittiham etməsi qarşıdakı dövrdə sərhəd təxribatlarına hazırlıq ola bilər. Belə bir təxribat rəsmi İrəvanın istəmədiyi sülh gündəliyini arxa plana keçirə, o cümlədən, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı təzyiq kampaniyasını genişləndirə bilər. Ermənistan zaman-zaman bu taktikaya əl atıb. Görünür Paşinyan öncədən fikir formalaşdırmağa çalışır. Bununla yanaşı, Ermənistanı “sülhpərvər” göstərməklə Azərbaycan haqqında yanlış rəy yaratmağa cəhd edir və bununla sülh sazişinin İrəvanın maraqlarına uyğun olan razılaşdırılmış maddələr üzrə imzalanmasına beynəlxalq dəstək əldə etməyə çalışır./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri