Icma.az
close
up
RU
Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ermənistan hökuməti on illərdir becərilməyən və sahibləri olmayan torpaqların aktiv fəailiyyət göstərən fermerlərə icarəyə verilməsi ilə bağlı proqram hazırlayacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vardenis rayonunda sakinlərlə görüşdə deyib.
O bildirib ki, qanuna uyğun olaraq, torpaq icarələrindən əldə edilən gəlir müəyyən edilmiş hesaba köçürüləcək və sahibi gələrsə, ona ödəniş ediləcək:
"Fermerlər torpaq üçün kirayə haqqı ödəyir, biz həmən pulu hesaba yatırırıq və sahibi gəlib mənim torpağımdan niyə istifadə etdiyini soruşanda, biz də deyəcəyik ki, siz ondan istifadə etmədiyiniz üçün onu qanuni istifadə edən birinə vermişik. Budur sizin kirayə pulunuz".
Paşinyanın Vardenis sakiniləri ilə dialoqunda mənim diqqətimi çəkən baş nazirin sahibsiz torpaqlarla bağlı həyata keçirmək istədiyi proqramın effektivliyi deyil. Burda diqqət çəlb edən əsas məqam Vardenisdə niyə bu qədər boş qalan torpaq sahaləri və kəndlərin olmasıdır.
 

Ermənilərin Vardenis dediyi rayon Qərbi Azərbaycanın Göyçə mahalının ən böyük rayonu olan Basarkeçərdir. Bu rayonun 37 kəndindən 30-da azərbaycanlılar, 5-də ermənilər 2-də isə qarışıq əhali yaşayırdı. Basarkeçər rayonu şifahi xalq ədəbiyyatının banilərindən olan Misgin Abdal, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf və sair mütəfəkkirlərin yurdu olmaqla yanaşı, həm də zəngin kənd təsərüfatı məhsulları ilə də məşhur olub.


Ermənistan SSRİ-nin kənd təsərüfatı məshulları ilə əsasəndə meyvə-tərəvəz, kartof və tütünlə təminatında Basarkeçər rayonu ən məhsuldar və öndə gedən bölgə olubdur. 1988-ci ildə başlayan ermıni separatçılığı Basarkeçər rayonunda da ciddi qarşıdurmalara səbəb oldu. 28 noyabr 1988-ci ildə erməni daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar təşkil etdilər.
Bu hücumlar nəticəsində əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirildi. Sağ qalan əhalinin bir qismi, əsasən uşaqlar, qocalar və qadınlar Azərbaycan SSR-dən göndərilən helikopterlər vasitəsilə çıxarıldı, bir qismi isə dağlarla Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar yüksəkliklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan həlak oldu.
 

Beləliklə azərbaycanlılar tam əksəriyyət təşkil etdiyi Basarkeçər rayonu demək olar ki, boşaldıldı. O gündən indiyədək bu rayonda əksər kəndlər düz 38 ildir boşdur. Münbit torpağa sahib ərazilərdə əkin-biçin, meyvə-tərəvəz və kartof istehsalı demək olar ki, minum həddədir.


Azərbaycanda evlərini bu rayonun sakinləri ilə dəyişən ermənilər əziyyət tələb edən kənd təsərüffatı ilə məşğul olmaq istəmədiklərinə görə Basarkeçərə yox, Rusiyaya üz tutdular.
Nəticədə bu rayona bitişik 5-6 kənddən başqa digər 30 kənd və qəsəbələr demək olar ki, boşdur. Azərbaycanla sərhəddə yerləşən kəndlərdə isə yalnız hərbiçilər yerləşir. Buna görə Paşinyan Vardenisdə, yəni Basarkeçərdə olarkən bəyan etdi ki, boş torpaq sahələri icarəyə veriləcək.
 

Bu gün Ermənistanda demoqrafik vəziyyət faciəvi həddədir. Ermənistanda ermənilər sürətlə azalır. Vaxtilə 2 milyon yarım əhalisi olan ölkədə indi heç bir milyon yarım adam qalmayıb. Onların da əksəriyyəti xaricə qaçmağa fürsət axtarır.


Belə bir vəziyyətdə Paşinyanın Göyçə mahalında azərbaycanlılar məxsus torpaqları hansısa erməni fermerə icarəyə verəcəyi də sual altındadır. Ən yaxşı çıxış yolu bu əraziləri göyçəlilərin özünə qaytarmaqdır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Mart 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see264

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see222

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see210

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri