Paşinyan BƏRK ƏSƏBİLƏŞDİ: “Şalvarlarını cırıb qaçdılar” VİDEO KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan ünvanına yönəlmiş təhdid xarakterli videonun yayılmasından sonra rusiyayönümlü müxalifətə qarşı sərt açıqlamalar verib.
KONKRET.az-ın məlumatına görə, sözügedən video maskalı şəxslər tərəfindən çəkilib və onların Qarabağdan köçən ermənilərin ləhcəsində danışdığı iddia olunur.
Hökumətin iclasında çıxış edən Paşinyan videoya və müxalifətin fəaliyyətinə münasibət bildirərək onları kəskin tənqid edib. Baş nazir bəzi şəxslərin müharibə dövründə məsuliyyətsiz davrandığını və hərbçiləri tək qoyduğunu iddia edib.
O, maskalı şəxslərin kimliyinin üzə çıxarılmasının vacibliyini vurğulayıb və təhdid xarakterli çağırışları qəbul etməyəcəyini bildirib.
Paşinyanın çıxışı Ermənistan daxilində siyasi gərginliyin davam etdiyi bir dövrdə baş verib. Müxalifət tərəfinin məsələyə münasibəti isə hələ açıqlanmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 20 May 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















