Paşinyan bu 3 nəfəri yenidən vəzifəyə təyin etdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərliyində bir sıra təyinatlar həyata keçirilib.
KONKRET.az “Armenpress”ə istinadən xəbər verir ki, qərarlar Ermənistan hökumətinin rəsmi portalında dərc olunub.
Hökumət rəhbərinin müvafiq qərarları ilə Artur Qasparyan Dövlət Mühafizə Xidmətinin rəisi, Andranik Simonyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru, Kristinne Qriqoryan isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə yenidən təyin ediliblər.
Qeyd edək ki, hər üç şəxs bu vaxtadək həmin qurumlarda rəhbər vəzifələrin müvəqqəti icraçısı idilər.
Bundan başqa, Baş nazirin digər bir qərarı ilə Aram Hakobyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini vəzifəsindən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Avqust 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















