Paşinyan bu fotonu paylaşdı, qalmaqal düşdü Bəs Ararat? /FOTO
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Paşinyanın sosial şəbəkədə paylaşdığı foto qalmaqal yaradıb.
Azpost.info bildirir ki, Paşinyan Ermənistanın ən hündür dağ silsiləsi ilə bağlı şəkil paylaşıb və yazıb: “Ermənistan Respublikasında ən hündür dağ. Aragats, maksimum hündürlüyü 4090 metr”.
Bundan sonra şərh yazan erməni istifadəçilər Baş naziri erməni tarixindən imtina etməkdə ittiham ediblər.
Onlar şərhlərdə Ermənistanın ən yüksək dağ silsiləsinin Ararat olduğunu iddia ediblər.
“Ararat Ermənistanın simvoludur, olub, var və olacaq. Ermənistanın ən uca dağı, insanlığın başlanğıcı….”, “Kağız üzərində simvol dəyişmək asandır,insanların şüurunu dəyişmək isə çox çətin..”, “Bəs Ararat? Sən artıq qəbul etdin ki, bizim deyil?” tipli statuslar yazılıb.
Bəzi şərhçilər isə bu yüksəkliyin Ermənistan ərazisi daxilində ən uca olmasını qeyd ediblər.
Xatırladaq ki, ermənilərin Ararat adlandırdığı Ağrıdağ Türkiyə dövləti ərazindədir. Rəsmi Ankara Ermənistaın bu simvoldan istifadəni dayandırmağı tələb edib. Bunu qonşu ölkəyə ərazi iddiası olduğunu qeyd edir.
Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması üzrə aparılan ikitərəfli danışıqlarda dövlət gerbindən bu simvoldan imtina təklifi masa üzərindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















