Icma.az
close
up
RU
Paşinyan bunu Petrosyanın etirafına qədər bəhanələr uyduraraq rədd edirdi, ancaq indi... ŞƏRH

Paşinyan bunu Petrosyanın etirafına qədər bəhanələr uyduraraq rədd edirdi, ancaq indi... ŞƏRH

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından necə qovulması ilə bağlı fikirlərinin ifadə olunduğu video yayılıb. 23 iyul 1993-cü ildə “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxış edən Petrosyan bildirib ki, azərbaycanlıları qovmasa idilər, onlar Basarkeçər, Zəngibasar, Amasiya və Zəngəzurda üstünlük təşkil edəcəkdilər. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, burada bir neçə məqam diqqəti cəlb edir:

“İlk növbədə keçmiş prezident etiraf edib ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibədə tək hədəf Qarabağ bölgəsini ələ keçirmək olmayıb. Eyni zamanda məqsəd azərbaycanlıları öz dədə-baba torpaqlarından qovaraq Ermənistan ərazisindən türk izini silmək olub. Sovet hökumətinin bütün səylərinə baxmayaraq, SSRİ tərkibində olarkən belə Ermənistanda azərbaycanlılar çoxluq təşkil edirdi. Bunun da əsas səbəbi onların bu bölgənin yerli sakini olması idi. Həmçinin azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatının sürətli şəkildə inkişafı, yaşam standartlarının yüksək səviyyədə olması da bu bölgələrdə nüfuzun artmasına səbəb olurdu. İrəvanda oturanlar yaxşı bilirdilər ki, ölkə müstəqillik əldə etdikdən dərhal sonra Ermənistanda yaşayan ermənilər ABŞ və Avropada yaşayan qohumlarının yanına qaçacaqlar. Bunda həqiqət payı var, hazırda Ermənistan boşalır və bir dövlət kimi tamamilə öz varlığını itirməkdədir. Əgər Qərbi Azərbaycanda o cür vəhşiliklər törədilməsə və azərbaycanlılar öz torpaqlarından didərgin salınmasa idi, bu gün Ermənistan əhalisinin demək olar, böyük əksəriyyətini azərbaycanlılar təşkil edəcəkdi”.

Ekspert qeyd etdi ki, sözügüdən məsələ Levon Ter-Petrosyanın məsuliyyət məsələsini də gündəmə gətirib:

“Onun xələfləri Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycan torpaqlarının işğalında və soyqırımında günahları olduğu qədər, Petrosyan da soydaşlarımızın öz torpaqlarından deportasiya olunmasında günahkardır. Burada Petrosyanla bərabər onun hakimiyyəti dövründə vəzifədə çalışmış şəxslər, xüsusilə də "Yerkrapa" üzvləri də məsuliyyət daşıyır. Bu məsələ Ermənistanın dövlət olaraq azərbaycanlılara qarşı cinayət işlədiyini sübut edir. Rəsmi Bakı bununla bağlı beynəlxalq məhkəməyə müraciət edə bilər. Cenevrə Konvensiyasının tələblərinə əsasən, vaxtilə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın yenidən öz torpaqlarına qayıdışı təmin edilməlidir. Hazırda Bakı və İrəvan arasında davam edən sülh danışıqlarında Paşinyan hökuməti azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsini müxtəlif bəhanələrlə rədd etməyə çalışır. Levon Ter-Petrosyanın etiraf videosu eyni zamanda Nikol Paşinyanı da pis vəziyyətdə qoyur. Azərbaycanlılar öz torpaqlarından qovularkən Ermənistana rəhbərlik etmiş şəxsin dilindən deyilən bu ifadələr Ermənistan dövlətinin siyasətini ifşa edir və Paşinyan tarixi ədaləti bərpa etməyə borcludur. Ermənistan tərəfi məsələ ilə bağlı hələ ki sakitliyini qoruyur”.

Günay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri