Icma.az
close
up
RU
Paşinyan düyməyə basdı: Çevrilişə qarşı əks hücum

Paşinyan düyməyə basdı: Çevrilişə qarşı əks hücum

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda terror aktları törətmək və hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Terror və hakimiyyətin ələ keçirilməsi cəhdinə görə arxiyepiskop Baqrat Qalstanyanın liderlik etdiyi “Müqəddəs Mübarizə” Hərəkatı ittiham olunur. Artıq “Müqəddəs mübarizə” Hərəkatına qarşı cinayət işi açıldığı bildirilir. 

Məlumata görə, “Müqəddəs mübarizə” Hərəkatının təşəbbüskarı və rəhbəri Vazgen Qalstanyan bir neçə ay ərzində öz məqsədinə - konstitusiya yolu ilə Ermənistan Respublikasında hakimiyyəti ələ keçirməyə nail ola bilməyib. 2024-cü ilin noyabrında bu planı konstitusiyaya zidd olan üsullarla həyata keçirmək qərarına gəlib.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda belə deyilir:

“O, hərəkatın bir sıra üzvləri ilə qabaqcadan razılığa gələrək terror aktları törətmək və hakimiyyəti ələ keçirmək üçün lazımi vasitə və alətləri əldə edən, həmçinin qəsdən başqa şərtlər də təmin edən, bununla da hakimiyyəti qəsb etməyə hazırlaşan qrup yaradıb. 

Zərbə qrupları yaradıldıqdan və tapşırığı yerinə yetirmək üçün lazımi vasitələr əldə edildikdən sonra V.Q.-nin (Vazgen Qalstanyan) narazılığı bildirmək üçün əvvəlcədən təyin olunmuş vaxtda Ermənistan Respublikası Hökumətinin binasında mitinq elan etməsi nəzərdə tutulub. 

Bundan sonra zərbə qrupları əvvəlcədən müəyyən edilmiş mövqeləri tutmalı və heç bir halda mitinqin özünə qoşulmamalı idilər ki, bu da az da olsa, hakimiyyətin diqqətini yayındırmağa hesablanmışdı. 

Cinayətkar qrupun üzvləri hərəkatın son məqsədinə kütləvi mitinqlər keçirməklə deyil, koordinasiya edilmiş zərbə fəaliyyəti vasitəsilə qısa müddətdə, yəni 24-36 saat ərzində çatmağı, verilmiş tapşırıqları yerinə yetirməklə Ermənistan Respublikasının əhalinin məskunlaşdığı ərazilərdə idarəolunmaz vəziyyət yaratmağı dəqiq planlaşdırıblar”. 

Qeyd edilir ki, cinayətkar dəstə eyni vaxtda minlərlə partlayıcı qurğudan istifadə etməklə və sonradan binaların divarlarına atəş açmaqla elektrik xətlərini və internet kabellərini zədələməyi və məhv etməyi, əhalini qorxutmaq və idarəolunmaz vəziyyət yaratmaq məqsədilə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsini, kommunal obyektləri yandırmağı planlaşdırıb. 

Sözügedən cinayət əməllərinə hazırlıq məqsədilə 2025-ci ilin yanvar ayından cinayətkar qruplaşmanın üzvləri hərəkatın iştirakçıları və tərəfdarları vasitəsilə artıq 1000-dən çox insanı öz sıralarına cəlb ediblər. 

Qeyd edək ki, evində axtarış aparılanlar və saxlanılarlar arasında “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının ali orqanının üzvləri, Qarabağdan köçmüş separatçıların nümayəndələri də var. 

Göründüyü kimi, hakimiyyət Ermənistanda kilsə-müxalifət ittifaqına qarşı genişmiqyaslı hücuma keçib. Sözügedən əməliyyatlar Nikol Paşinyan hökumətinə qarşı mübarizə aparan yüzlərlə insanın həbs ediləcəyini deməyə əsas verir. 

Arxiyepiskop Baqrat Qalstanyanın terror aktı təşkil etmək və dövlət hakimiyyətini ələ keçirmək ittihamı ilə həbsi gözlənilir. Bu da öz növbəsində cinayət işinin nə üçün ötən ilin may-iyun aylarında Baqratın başçılığı ilə keçirlən etiraz aksiyaları zamanı deyil, məhz indi açılması sualını yaradır. 

Bu hadisə öncə Paşinyanla Erməni Apostol Kilsəsi arasında son vaxtlar artan münaqişə kontekstində nəzərdə keçirməlidir. Yəni bu ittihamın əsas və son hədəfi Vazgen Qalstanyan yox, Katalikos II Qaregindir. Ona görə də istintaq prosesində ittiham aktında II Qareginin və ya Erməni Apostol Kilsəsinin rəhbərliyinə daxil olan ali rütbəli ruhanilərin də adlarının yer alacağı istisna edilmir. 

Ermənistanın Baş naziri katalikos postuna öz adamını gətirməyə çalışsa da, hələlik buna nail ola bilmir. Ermənistan qanunvericiliyi hakimiyyətin katalikos seçkilərinə müdaxiləsinə imkan vermədiyindən, Paşinyan II Qaregini subaylıq andını pozmaqda ittiham etməklə mənəvi dəyərləri pozmaqda ittiham edərək bu yolla istefasına nail olmağa çalışır. 

Lakin indiyə qədər Paşinyanın bu cəhdləri səmərə verməyib. Ona görə də Baş nazir kilsəyə qarşı yeni və daha sərt mübarizə yolları axtarır. Paşinyan kilsəni ölkədə terror aktları hazırlamaqda və hakimiyyəti qanunsuz yolla ələ keçirməkdə ittiham edə bilər. 

Ermənistan rəhbərliyinin bu addımı atmaqda ikinci mühüm məqsədi 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hesablanıb. Görünür, Paşinyan seçkilərə qədər kilsə və revanşist müxalifətin ittifaqını zəiflətmək niyyətindədir. 

“Daşnaksütyun”un və Qarabağ separatçılarının adının bu prosesdə hallanması kilsənin terrorçu qruplarla işbirliyinə dair sübutlar təqdim etməyə hesablanıb. Revanşist müxalifətin siyasi reytinqi zəif olduğundan, Paşinyanın devrilməsində maraqlı olan radikallar kilsənin dəstəyinə ümid bəsləyirlər. 

Hətta hazırda Ermənistanda kilsənin dəstəyini almaq uğrunda müxalifət düşərgəsində bir rəqabət müşahidə olunur. Kilsənin terrorçu qrupları maliyyə və silahla təmin etmək imkanlarına malik olması hökuməti ciddi narahat edir. Bu səbəbdən, Paşinyan kilsənin siyasi proseslərə müdaxiləsinin qarşısını almağa çalışır. Terror törətməklə dövlət çevrilişinə hazırlıq görülməsi barədə ittihamın irəli sürülməsi də bu məqsədə xidmət edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan çevriliş II Qaregin Ermənistan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see285

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see279

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see262

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see258

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see256

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see253

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see251

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see241

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see232

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see230

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see222

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see212

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see207

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see207

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see184

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see179

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see175

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see170

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri