Icma.az
close
up
RU
Paşinyan Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul edir? ŞƏRH

Paşinyan Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul edir? ŞƏRH

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Ermənistanın baş naziri Nikol Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “Sülh qovşağının” Prezident İlham Əliyevin təbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Bakının Tehranla razılaşması var və dəhliz İran ərazisindən Araz çayının sahiliylə də keçəcək:


"Körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq. Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir. Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də əlavə edib".

Politoloq qeyd edib ki, böyük ehtimalla Paşinyan bu əlavəsiylə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır:

"Məsələ burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. O, bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələrdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz".

Elxan Şahinoğlu hesab edir ki, bütün hallarda Paşinyan Zəngəzur dəhliziylə bağlı addım barədə düşünür:

"Onun “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsiylə bağlı söylədiklərində də diqqət çəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa-olsun, biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”. Görünür, Paşinyan maneəsiz dəhilizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər".

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri