Icma.az
close
up
RU
Paşinyan Ərdoğana hansı mesajları ÇATIDIRIB...

Paşinyan Ərdoğana hansı mesajları ÇATIDIRIB...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyun ayının 20-də Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəyə səfər edib. Səfər zamanı o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. İki lider arasında keçirilən görüşlə bağlı onun konstruktiv keçdiyi bildirilir. Lakin görüşün nəticələri, detalları barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.

Görüşdə Cənubi Qafqazdakı vəziyyətlə bağlı, Azərbaycanla Ermənistan arasında sülh sazişi kimi  məsələlər müzakirə olunub.

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, Azərbaycanın belə görüşlərdə Türkiyə vasitəsilə Ermənistana yeni sifarişlər verməsinə ehtiyac yoxdur:

"Azərbaycanın sülh müqaviləsi üçün şərtləri bəllidir. Bu şərtlər dəyişməz olaraq qalır. Ona görə də yeni ismarışlara ehtiyac yoxdur. Türkiyə Prezidenti də bunun bilir. Çünki danışıqlar öncəsi Azərbaycan Prezidentinin Rəcəb Tayyip Ərdoğanla görüşü olmuşdu. Düşünürəm ki, Paşinyanla Ərdoğan arasında sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması məsələləri də müzakirə olundu. Ona görə də yeni sifarişlərə ehtiyac yoxdur. Konkret şərtlər bəlli olduğu üçün bunun yerinə yetirilməsi və zamanın daha irəliyə çəkilməsinə ehtiyac var".

"Əksinə Ermənistan konkret təkliflər verib"

Politoloq vurğulayıb ki, əksinə Ermənistan tərəfindən Türkiyəyə konkret təkliflər olunub:

"Bu da bir növ siyasi manevr kimi aldadıcı xarakter daşıyacaq. Xüsusilə də, bu təklifqoltuğa qarpız verirmiş kimi mahiyyət kəsb edir. Söhbət ondan gedir ki, ola bilsin Paşinyan Türkiyə Prezidentinin Azərbaycanla sülh müqaviləsinin imzalanmasında yeganə vasitəçi kimi tanıyacağını bəyan edib. Fransa, Rusiya və ABŞ kimi dövlətlər bu prosesdə 30 ilə yaxın ATƏT-in Minsk Qrupu çərçivəsində iştirak ediblər. Adını sadaladığım ölkələrin heç birinin iştirakı olmadan yekun sülh müqaviləsinə məhz Türkiyə vasitəsi ilə imzalanmasını istəməzmi? Bütün bu qlobal güclərin fonunda Türkiyəyə önəm verildiyi, Türkiyə Azərbaycanı Ermənistanın istədiyi formada indiki razılaşdırılmış sülh sazişinin imzalanmasına razı salarsa, onda Ermənistan tərəfi Türkiyənin vasitəçiliyini qəbul edər, hətta sülh müqaviləsini Türkiyə də belə imzalaya bilər. Burada dəyişəcək bir şey yoxdur. Türkiyəyə guya üstünlük daşıyacaq məsələyə görə Türkiyə Azərbaycanı bu məsələyə razı sala bilməz. Daha doğrusu, qardaş ölkə bu əngəli Azərbaycanın maraqlarını görməzdən gələrək həyata keçirə bilməz və bunu etməz. Düşünürəm, Ermənistana verilən mesaj bundan ibarət olub ki, sülh Azərbaycanın ədalətli, legitim şərtlərini qəbul etməklə mümkündür. Paşinyan bu məsələni nə qədər tezləşdirərəsə, bir o qədər Ermənistan cəmiyyətinə, dövlətinə xeyir olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri