Icma.az
close
up
RU
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (EAK) bəzi binalarını ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Baş nazir iddia edib ki, orada oğrular və yalançı şahidlər işləyir, dindar bir xristian olaraq buna baxıb dözə bilməz. Buna görə də dövlətə məxsus kilsələrdə xidmətlər davam edəcək, lakin onlar Tanrının layiqli qulları hesab etdiyi şəxslər tərəfindən idarə olunacaq.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Parlamentdə çıxış edən Paşinyan bəyan edib ki, Ermənistanda mənəvi həyat sürmək mümkün deyil, çünki buna EAK rəhbəri II Qaregin və ona sadiq ruhanilər mane olur. "Bir tərəfdən dəyərlərə əsaslanan cəmiyyətin olması zərurətindən danışırıq və bu, danılmazdır. Digər tərəfdən, sual budur ki, cəmiyyətin dəyərlərinin episentri özü çirkləndikdə buna necə nail olmaq olar", - baş nazir parlamentdə hay çəkib.
Bununla belə, Paşinyan vəziyyətdən çıxış yolu tapıb. Onun sözlərinə görə, bir çox kilsələr Ermənistan hökumətinin balansındadır, ona görə də onları EAK-dan almaq olar.
“İnanıram ki, mənəvi həyatın yox, intriqaların, manipulyasiyaların və saxta xəbər qruplarının olduğu yerdə bu kilsələri cəmiyyətə qaytarmaq üçün hər cür mənəvi və hüquqi əsasımız ola bilər”,- Paşinyan vurğulayıb.
Baş nazir ən azı may ayından bu məqsədlə çalışır. Onun antikilsə kampaniyası, ruhanilər arasında korrupsiyaya və saflığa qarşı mübarizədən başlayaraq indi ən yüksək kilsə rəhbərliyinin iştirakı ilə hökumət əleyhinə sui-qəsdin aşkarlanması mərhələsinə qədər davam edən anti-kilsə kampaniyasıdır.
Paşinyanın sözlərinə görə, son damla ən qədim və ən hörmətli monastırlardan biri olan Ovannavankın yepiskopu Aram Asatryanın vəzifəsindən kənarlaşdırılması olub.
Baş nazirlə katolikos arasındakı münaqişədə Asatryan öz rəhbərini deyil, dünyəvi lideri dəstəkləyib. Əvvəlcə o, bir ay ərzində liturgiyanın katolikos və onun yeparxiyasının başçısı, Qaragenin bacısı oğlu Mkrtiç Proşyanın adıçəkilən hissəsini kölgədə qoyub. Daha sonra o, İctimai Televiziyaya müsahibə verərək, rəhbərliyin onu müxalifətin mitinqlərinə getməyə məcbur etdiyini bildirib.
İstintaq Komitəsi etiraz aksiyasına məcburetmə maddəsi ilə cinayət işi açıb və məhkəmə Proşyanı 2 ay müddətinə həbs edib.
"İzlədiyim bu hadisələr məni inandırdı ki, Ovannavank kilsəsi mənəvi həyatın yaşana biləcəyi yerdir. Son aylarda baş verənlər buna sübut oldu və mən sadəcə, ruhani Asatryan olan icmaya qoşulmaq istəyirəm", - Paşinyan bildirib.
Nəhayət, baş nazir qərara gəlib ki, Asatryan kimi keşişlər Erməni Apostol Kilsəsindən ələ keçirilən kilsələrdə dini xidməti davam etdirsinlər. O, həmçinin qeyd edib ki, II Qaregin subaylıq andını pozub.
Niyyətini təsdiqləmək üçün Paşinyan gələn bazar günü Asatryanın rəhbərlik etdiyi kilsə mərasimində iştiraka söz verib.
Ermənistan parlamentinin sədri Alen Simonyan II Qaregin adlı katolikosu tanımadığını bildirib. “Ktriç Nersisyan başa düşməlidir ki, bizi uçurumun kənarına itələməyə ehtiyac yoxdur... O, onsuz da gedəcək”, - Simonyan əlavə edib.
Spiker də bazar günü liturgiyasında da iştirak etmək niyyətindədir.
Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan hətta Erməni Apostol Kilsəsinin indiki rəhbərliyini keçmiş prezident Robert Koçaryanın “seçki qərargahı” adlandırıb. "Möminin Ktriç Nersisyanla nə əlaqəsi var? O, katolikos deyil. O, sadəcə, Ktriç Nersisyandır. Tanrının izni ilə ordan özü gedəcək. O, artıq yolun yarısındadır",- Simonyan deyib.
Öz növbəsində, II Qaregin istənilən təzyiqə müqavimət göstərməyə hazır olduğunu bəyan edib. O, hətta həbsxanadan belə kilsəyə rəhbərlik etməyə hazır olduğunu söyləyib.
Xatırladaq ki, Proşyandan başqa arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan da həbs edilib. Birincini dövlət çevrilişi təşkil etdiyinə görə 15 ilə qədər həbs cəzası gözləyir, ikincisi isə üsyana təhrik ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, İstintaq Komitəsi arxiyepiskop Natan Ovannisyanı etiraz aksiyalarında iştiraka məcbur etdiyinə görə katolikosdan şikayət edən keçmiş keşiş Aqan Yerncakyanla söhbətinin səs yazısı ilə bağlı dindirilməyə çağırıb. Lakin Ovannisyan qeyri-qanuni səs yazısını əsas gətirərək ifadə verməkdən imtina edib.
Politoloq Hrant Mikaelyan hesab edir ki, Paşinyanın əsl məqsədi kilsədə parçalanma yaratmaqdır:
"Hökumət başçısı Erməni Apostol Kilsəsini Azərbaycanla qurmaq istədiyi sülhə təhlükə kimi görür. Ona görə də onu parçalamaq qərarına gəlib. Hazırda Paşinyan yeni təşkilata rəhbərlik edə biləcək adamlar axtarır. Məsələn, o, İstanbulun Ekumenik Patriarxı Varfolomey və Kilikiya Böyük Evinin katolikosu, livanlı I Aram arasında get-gəl edir”.
Mikaelyanın sözlərinə görə, əməliyyatın uğuru Paşinyanın nə qədər hakimiyyətdə qalmasından asılı olacaq. Əgər “Vətəndaş müqaviləsi” gələn il parlament seçkilərində uduzsa, parçalanma cəhdi tezliklə unudulacaq, amma qalib gəlsə, Erməni Apostol Kilsəsi ən çətin dövrlərlə üzləşəcək.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri