Paşinyan: Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 4 noyabr, AZƏRTAC
Ermənistan Gürcüstanla ənənəvi yaxşı münasibətlərini qoruyur, Azərbaycanla isə münasibətlərin inkişafı istiqamətində addımlar atır və ikitərəfli ticarəti genişləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən “Euronews” sammitində çıxışı zamanı söyləyib.
O, Cənubi Qafqazı ümumi maraqları, baxışları və strategiyaları olan vahid region kimi gördüklərini vurğulayıb.
Ermənistanın Baş naziri regional infrastruktur və nəqliyyat bağlantılarının inkişafında TRIPP layihəsinin əhəmiyyətinə də diqqət çəkib. Paşinyan hesab edir ki, TRIPP layihəsi, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan arasında xüsusilə logistika sahəsində əməkdaşlıq Cənubi Qafqazın qlobal təchizat zəncirində rolunu gücləndirə və yeni imkanlar yarada bilər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 Noyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















