Paşinyan etiraf etdi Bu nazirlərin istefasını istəyib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bir neçə nazirinin istefası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirirb.
BAKU.WS xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.
"Mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələri tərk etmələrini xahiş etmişəm",- deyə Paşinyan yazıb.
Onun sözlərinə görə, bu müraciətin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır. Paşinyan məmurlara onun müraciətinə anlayışla yanaşdıqlarına görə təşəkkür edib.
Qeyd olunub ki, istefa ərizəsi verənlər arasında Daxili İşlər Naziri Vahe Kazaryan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Arqişti Karamyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan da var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















