Icma.az
close
up
RU
Mühüm siyasi və humanist addım

Mühüm siyasi və humanist addım

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti amnistiya elan edilməsi təşəbbüsünü irəli sürməsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Bu da təsadüfi deyil. Çünki humanizm xalqımızın ən ali xüsusiyyətlərindən biridir. Tarix boyunca formalaşan və Azərbaycan xalqının böyüklüyünü təcəssüm etdirən humanizm ənənələri həmçinin dövlət siyasətində də öz əksini tapır.Prezident İlham Əliyevin bu təşəbbüsü də “Konstitusiya və Suverenlik İli”ndə xalqımıza ünvanlanan dəyərli töhfədir. Belə ki, ölkəmizdə qanunun aliliyi yüksək səviyyədə təmin olunmaqla yanaşı, əlamətdar tarixlər, hadisələr ərəfəsində amnistiya aktları da elan olunur.

Suverenliyimizin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması Azərbaycan xalqının tarixi qələbəsidir. Məhz bu möhtəşəm mərhələdə humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs dövlətin gücünün cəza sərtliyində deyil, ədalətli və mərhəmətli yanaşmasında olduğunu bir daha nümayiş etdirir.
Amnistiya aktının layihəsinə əsasən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş vətəndaşlar, qadınlar, 60 yaşdan yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər sosial həssas kateqoriyalara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzalarının azaldılması da nəzərdə tutulur.

Bu, müstəqillik tariximizdə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktı minlərlə ailəyə sevinc bəxş edəcək. Belə bir təşəbbüsün irəli sürülməsi dövlətimizin, şəxsən Prezident İlham Əliyevin humanistliyinin, vətəndaşa verdiyi ali dəyərin göstəricisidir. Ona görə də dövlət başçısının bu təşəbbüsü xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri