Icma.az
close
up
RU
Amnistiya aktı: “Hüquqin aliliyi və dövlət humanizminin təntənəsi”

Amnistiya aktı: “Hüquqin aliliyi və dövlət humanizminin təntənəsi”

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müasir Azərbaycan dövlətinin banisi Ümumilli Lider Heydər Əliyevin dövlət quruculuğunda dayanıqlı inkişafı təmin edən humanizm, sosial ədalət, mərhəmət, vətəndaş rifahı prinsipləri əsasıda yürütdüyü siyasət bu gün də davam etməkdədir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov deyib.

O əlavə edib ki, Ulu Öndərimizin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmaqla yanaşı, humanizmi dövlət siyasətinin əsas prinsipinə çevirmişdir: 

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev də bu siyasəti uğur və qətiyyətlə davam etdirməkdədir. Dövlət başçımızın siyasi fəaliyyətinin mərkəzində hər zaman insan amili,vətəndaş rifahı, ədalət prinsipləri ön sırada dayanır. Bu humanist yanaşma ölkəmizin cinayət-hüquq siyasətinin formalaşmasında da təzahür edir.

15 dekabr 2025-ci ildə ölkə başçımız suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində bərqarar olmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq amnistiya elan edilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüsün əsasında cəzadan azad olunacaq şəxslərin ölkəmizin inkişafında fəal şəkildə iştirak edəcəklərinə inam və bu humanist addımın tərbiyəvi əhəmiyyətinə güvən dayanır.

Amnistiya aktının layihəsində xüsusilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə üstünlük verilməsi siyasi-hüquqi baxımdan prinsipial yanaşmadır. Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının amnistiya dairəsinə daxil edilməsi dövlətin öz vətəndaşına olan mənəvi borcunun ifadəsidir.

Eyni zamanda, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhaliyə qarşı törədilmiş əməllərdən zərər çəkmiş, əlil olmuş şəxslərin bu aktda nəzərə alınması beynəlxalq humanitar hüququn və sosial ədalət prinsipinin milli hüquq sistemində tətbiqinin bariz nümunəsidir.

Layihə yalnız müharibə iştirakçılarını deyil, eyni zamanda cəmiyyətin həssas sosial qruplarını da əhatə edir. Qadınlar, 60 yaşına çatmış şəxslər, cinayəti törədərkən yetkinlik yaşına çatmayanlar, eləcə də böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunan şəxslər üçün cəzadan azad olunma və ya cəzanın azaldılması nəzərdə tutulur. Bu, cəza siyasətində fərdiləşdirilmiş və islahyönümlü yanaşmanın gücləndiyini göstəricisidir.

Dövlət başçımız İlham Əliyevin təklifi ilə irəli sürülən bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin sayına görə müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiyadır. Ümumilikdə,  akt 20 mindən çox şəxsə şamil olunacaq.

Onlardan 5 mindən artıq məhkumun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, 3 mindən çox şəxsin cəzasının azaldılacağı, minlərlə məhkumun isə alternativ cəzalardan və ya cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir”.

Z.Əsgərov qeyd edib ki, Azərbaycan Respublikasının müasir tarixində amnistiya və əfv təşəbbüsləri ardıcıl və sistemli xarakter daşıyır:

“1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı 130 mindən artıq şəxsi əhatə edib. Bu siyasətin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin dövründə 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, 7 amnistiya aktı qəbul edilmişdir.

2003–2025-ci illər ərzində isə Prezident İlham Əliyev tərəfindən 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 mindən artıq məhkum əfv olunmuşdur.

Bu kontekstdə, Milli Məclisin deputatı olduğu dövrdə Mehriban Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilən amnistiya aktları da sosial humanizm xəttinin qanunverici müstəvidə möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi mahiyyətini dolğun şəkildə əks etdirən strateji addımdır.

Bu təşəbbüs bir daha göstərir ki, Azərbaycan gücünü yalnız hərbi-siyasi qələbələrdə deyil, hüququn aliliyinə, insan amilinə və sosial ədalətə söykənən idarəetmə modelində də təsdiqləyir. Konstitusiyanın ali hüquqi sənəd kimi cəmiyyətdə hüquqi sabitliyi təmin etməsi, suverenliyin isə real siyasi və institusional məzmun kəsb etməsi məhz bu cür humanist qərarlarla tamamlanır.

Amnistiya aktı dövlətin öz vətəndaşı qarşısında məsuliyyətini, postmüharibə dövründə sosial reinteqrasiya və milli həmrəyliyə verdiyi əhəmiyyəti nümayiş etdirir”. 

O vurğulayıb ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyanın elan edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin hüquqi, siyasi və mənəvi əsaslarını üzvi şəkildə birləşdirən mühüm dövlətçilik aktıdır:

“Bu təşəbbüs sübut edir ki, dövlətimiz əldə etdiyi suverenliyi yalnız ərazi bütövlüyünün bərpası ilə deyil, eyni zamanda Konstitusiyanın ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin qorunması və hüquqi sabitliyin möhkəmləndirilməsi yolu ilə dərinləşdirir.

Amnistiya aktı postmüharibə mərhələsində cəmiyyətin  sosial gərginliyin azaldılmasına və hüquqi reinteqrasiyanın genişlənməsinə xidmət edən strateji addımdır. Bu addım dövlətin gücünü cəza sərtliyində deyil, hüquqi məsuliyyət və humanist idarəetmə fəlsəfəsində gördüyünü bir daha təsdiqləyir. Eyni zamanda, Konstitusiyanın ali hüquqi sənəd kimi praktik icrası suveren qərarvermə mexanizminin institusional yetkinliyini nümayiş etdirir.

Beləliklə, “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülmüş amnistiya təşəbbüsü hüquqi dövlət quruculuğunun yeni mərhələsini ifadə etməklə yanaşı, milli barış, ictimai etimad və dövlət–vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından dərin siyasi məna daşıyır.

Bu təşəbbüs göstərir ki, müstəqil Azərbaycan hüquq, ədalət və insan mərkəzli siyasət prinsiplərini öz suveren inkişaf yolunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və gələcək mərhələdə də bu xəttə sadiq qalacaq”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri