Icma.az
close
up
RU
Paşinyan: Hadisələr xalqın beynəlxalq intriqalara cəlb olunmasının nəticəsidir

Paşinyan: Hadisələr xalqın beynəlxalq intriqalara cəlb olunmasının nəticəsidir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Osmanlı imperiyasında ermənilərə qarşı törədildiyi iddia edilən hadisələrin 111-ci ildönümü münasibətilə vətəndaşlara müraciətində bildirib ki, baş verənlər erməni xalqının beynəlxalq intriqalara cəlb olunmasının nəticəsidir.

Bizimyol.info xəbər verir ki, Baş nazirin sözlərinə görə, vətəndaşların tapşırığı ilə hökumət keçmişdə yaşananları və tarixdə təkrarlanan hadisələri daha dərindən anlamaq, onların yenidən baş verməsinin qarşısını almaq və gələcəyi daha işıqlı etmək istiqamətində qətiyyət nümayiş etdirib. O bildirib ki, bu məqsədə nail olmaq üçün əsas addımlardan biri “Böyük faciə”nin beynəlxalq oyunçuların bir-birinə qarşı mübarizə alətinə çevrilməsinə imkan verməmək olub.

Paşinyan bildirib ki, Milli Elmlər Akademiyasının nəşr etdiyi materialda əsaslandırılmış şəkildə göstərilir ki, hadisələr digər amillərlə yanaşı, erməni xalqının XIX əsrin ortalarından başlayan və 1915-ci ildə zirvəyə çatan beynəlxalq intriqalara cəlb olunmasının nəticəsidir.

Onun sözlərinə görə, hər il aprelin 24-də on minlərlə insan "Tsitsernakaberd" memorial kompleksini ziyarət edir və hökumətin siyasəti də məhz bu yanaşmaya əsaslanır. Paşinyan hesab edir ki, bunun təkrarlanmamasının əsas təminatları dövlətçilik və sülhdür.

Baş nazir vurğulayıb ki, bu tarixi məqsədə çatmaq üçün beynəlxalq səviyyədə tanınmış ərazilərdən kənarda “vətən axtarışına” son qoymaq lazımdır. Onun fikrincə, "itirilmiş torpaqların" qaytarılması, sərhədlərin bərpası və “tarixi ədalət” şüarları ilə çıxış edən qüvvələr ölkəni 1878-ci il San-Stefano müqaviləsi kontekstinə qaytarır və bunun sonu dövlətçiliyin və vətənin itirilməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, Paşinyan 2024-cü ildə də vətəndaşlara müraciətində 1915-ci il hadisələrini ilk dəfə olaraq geosiyasi intriqaların nəticəsi kimi qiymətləndirmişdi.

"Erməni soyqırımı" Birinci dünya müharibəsi (1914–1918) illərində Osmanlı imperiyasında erməni əhalinin kütləvi deportasiyası və qırğınları kimi xarakterizə olunur. Bunun təşkilatçıları kimi 1913-cü ildən hakimiyyətdə olan “İttihad və Tərəqqi” partiyasının liderləri — Ənvər paşa, Tələt paşa və Camal paşa göstərilir.

Müasir Türkiyə hökuməti ermənilərin kütləvi şəkildə həlak olduğunu qəbul etsə də, hadisələrin “soyqırımı” kimi adlandırılmasına qarşı çıxır və erməni tərəfinin irəli sürdüyü 1,5 milyon qurban rəqəmini şişirdilmiş hesab edir.

Bundan əvvəl Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması üzrə danışıqlar fonunda Ermənistan hakimiyyəti bəyan edib ki, rəsmi İrəvan "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması siyasətini aparmır. Paşinyan çıxışlarının birində Birinci dünya müharibəsi illərində ermənilərin mövqeyinin də nəzərdən keçirilməli olduğunu bildirmişdi ki, bu, müxalifət və bir sıra ictimai təşkilatlar tərəfindən "soyqırımı" deyiminin inkarına yönəlmiş addım kimi qiymətləndirilib.

Qeyd edək ki, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında "erməni soyqırımı" ilə bağlı xüsusi qeyd yer almır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Aprel 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri