Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Ermənistanın baş naziri Nikol Paşinyan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi ilə regional kommunikasiyaların açılması və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Paşinyan Ermənistan-İran hökumətlərarası komissiyasının səmərəli fəaliyyətinin vacibliyini vurğulayıb. O, iki ölkənin müxtəlif sahələrdə birgə proqramları uğurla həyata keçirdiyini və bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirib.
Purməhəmmədi isə İran Prezidenti Məsud Pezeşkianın salamlarını Paşanyana çatdırıb və Ermənistanla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər Ermənistan-İran sərhəd infrastrukturunun inkişafı, birgə yol tikintisi layihələri, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Danışıqlarda regional kommunikasiyaların açılması və bunun yaradacağı yeni imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İranın vitse-prezidenti Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla da görüşüb. Tərəflər noyabrın 10-da İrəvanda keçiriləcək Ermənistan-İran hökumətlərarası komissiyasının birgə iclasına hazırlıq məsələlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















